MƏDƏNİYYƏT


MİLLİ AKADEMİK DRAM TEATRINDA BƏXTİYAR VAHABZADƏNİN “RƏQABƏT” PYESİNİN SON MƏŞQLƏRİ BAŞA ÇATMIŞDIR

Milli Akademik Dram Teatrında xalq şairi Bəxtiyar Vahabzadənin “Rəqabət” əsəri əsasında hazırlanan tamaşanın son məşqləri başa çatmışdır.

Teatrın truppa müdiri Məmmədşah Atayev AZƏRTAC-ın müxbirinə demişdir ki, iki hissəli dram əsərinin quruluşçu rejissoru xalq artisti, professor Ağakişi Kazımov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.

Əsas rolları xalq artistləri Əliabbas Qədirov, Nurəddin Mehdixanlı, Rafiq Əzimov, Yaşar Nuri, Laləzar Mustafayeva, Məleykə Əsədova, Elxan Ağahüseynoğlu, Ramiz Novruzov, əməkdar artistlər İlham Əsgərov, Əli Nur, Elxan Quliyev, Telman Əliyev, Səidə Quliyeva, Sevinc Əliyeva və başqaları ifa edəcəklər.

İlk tamaşa yaxın günlərdə olacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.