İQTİSADİYYAT
MİLLİ BANK ÜZƏRİNDƏ HEYDƏR ƏLİYEVİN ŞƏKLİ OLAN ƏSGİNASLARIN BURAXILMASI TƏKLİFİNİ RAZILIQLA QARŞILAMIŞDIR
Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov üzərində ümummilli liderimiz Heydər Əliyevin şəkli olan yeni əsginasların buraxılması barədə deputatların təkliflərinə münasibət bildirərkən demişdir: Milli Bankın idarə heyəti bu təklifi böyük ruh yüksəkliyi ilə qarşılamışdır. Bu cür təkliflər əvvəllər də səslənmişdi. Amma cənab Heydər Əliyev özünəməxsus təvazökarlıqla bundan imtina etmişdi. Buna baxmayaraq, bankın idarə heyəti və deputatlar adından mən Prezident İlham Əliyevə müraciət edərək üzərində möhtərəm Heydər Əliyevin əksi olan pul əsginaslarının buraxılmasına icazə istəyəcəyəm. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında misilsiz xidmətləri var və o, buna tam layiqdir. Bu pullar olduqca qiymətli olmalıdır.
Milli Bankın sədri onu da demişdir ki, indi dövriyyədə olan milli valyutamızın böyük hissəsi öz keyfiyyətini itirmişdir. Ona görə də 2004-cü ildə ölkəyə yeni pul əsginasları gətiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:13]
® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
- 24.04.2024 [18:57]
Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur
- 24.04.2024 [18:31]