İQTİSADİYYAT
MİLLİ DEPOZİT MƏRKƏZİNDƏ 4 MİN SÖVDƏLƏŞMƏ APARILMIŞDIR
Milli Depozitari Mərkəzi /MDM/ 2002-ci ildə 160 emitentin qiymətli kağızlar reyestrinin saxlanılması və aparılması üzrə müqavilələr imzalamışdır. Bu dövr ərzində MDM-də ümumi nominal dəyəri 99 milyard manat olan 4 mindən artıq sövdələşmə aparılmışdır.
Bundan əlavə, ötən il qiymətli kağızlara dair 6 sövdələşmə rəsmiləşdirilmişdir.
MDM dövlət özəlləşdirmə çeklərinin saxlanılmasına dair 16 müqavilə və dövlət özəlləşdirmə opsionlarının depozitə qoyulmasına dair 14 müqavilə də imzalamışdır.
Ötən il 10 səhmdar cəmiyyəti 100 milyon manatdan çox dəyəri olan öhdəliklərini veksel şəklində rəsmiləşdirmişdir.