SİYASƏT
MİLLİ DİRÇƏLİŞ GÜNÜNƏ HƏSROLUNMUŞDUR
Tədbirdə rayon icra hakimiyyəti aparatının ictimai təşkilatlar və siyasi partiyalar şöbəsinin müdiri Azər Abdullayev çıxış edərək əsrlər boyu azadlıq və müstəqillik arzuları ilə yaşayan xalqımızın 1988-ci ilin noyabrında imperiya özbaşınalığına, Ermənistanın separatçılıq siyasətinə və Azərbaycanın keçmiş rəhbərlərinin satqın, təslimçilik mövqeyinə etiraz əlaməti olaraq Bakının Azadlıq meydanında mitinqlərə başlamasını xalqımızın istiqlal mücadiləsinin başlanğıcı kimi qiymətləndirmişdir.
Rayon mərkəzi kitabxanasının müdiri Nazim Fərəməzov məruzə etmişdir.
Toplantıda çıxış edənlər XX əsrdə Azərbaycan xalqının monolit birliyinin, azad yaşamaq istəyinin ilk nümayişinə çevrilən Milli Dirçəliş gününün tarixi əhəmiyyətindən danışmış, erməni separatçılarının ölkəmizə qarşı ərazi iddialarına keçmiş SSRİ rəhbərliyi tərəfindən dəstək verilməsini pisləmiş, yurd sevgisinin, Vətən məhəbbətinin məmləkətimizin bütün insanlarını birləşdirdiyini diqqətə çatdırmışlar.