ELM VƏ TƏHSİL


MİLLİ KONSERVATORİYA ƏLAQƏLƏRİ GENİŞLƏNDİRİR

Azərbaycan Milli Konservatoriyası ilə Almaniyanın Ştutqart Ali Musiqi Məktəbi arasında əməkdaşlıq haqqında yeni razılaşma əldə edilmişdir.

Konservatoriyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri Zemfira Hüseynova AZƏRTAC-ın müxbirinə demişdir ki, Almaniya Akademik Mübadilə Xidmətinin vasitəçiliyi ilə bu ölkənin 8 ali musiqi məktəbinə məktublar göndərərək əlaqələr yaratmışıq. Ştutqartdan yenicə cavab almışıq. Bizim musiqimiz, qədim alətlərimiz haqqında məlumat, video yazılar göndərilməsini, qarşılıqlı mübadilə aparılmasını təklif edirlər. Bu məqsədlə 15 nəfər müəllim-tələbə heyətini Almaniyaya dəvət etmişlər. Bu il Almaniyaya səfər edəcək, musiqi sahəsində müştərək yeni layihələri həyata keçirəcəyik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.