ELM VƏ TƏHSİL
MİLLİ KURRİKULUM ÇƏRÇİVƏSİNDƏ YENİ TƏDRİS PLANI LAYİHƏSİNİN MÜZAKİRƏSİ
Təhsil Nazirliyində ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün milli kurrikulum çərçivəsində yeni tədris planı layihəsinin müzakirəsi keçirilmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, nazir Misir Mərdanov milli kurrikulum üzrə tədris planının, buna müvafiq dərsliklərin hazırlanmasının zəruriliyini vurğulamışdır.
Nazir 2007-2008-ci tədris ilində 23 orta məktəbin I siniflərində kurrikuluma uyğun təcrübi dərslərin aparılacağını bildirmişdir. O diqqətə çatdırmışdır ki, milli kurrikulum çərçivəsində hazırlanan yeni tədris planı beynəlxalq təcrübəyə əsaslanmaqla, müasir standartlara cavab verməlidir.
Sonra nazirliyin bölmə rəhbərləri, kurrikulum tətbiq olunacaq məktəblərin direktorları tədbirlər planında informatika, xarici dil, həyat bilgisi, texnologiya fənlərinə ayrılan dərs saatları barədə fikirlərini bildirmiş, təkliflər irəli sürmüşlər.