Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

MİLLİ MƏCLİSDƏ NAZİRLƏR KABİNETİNİNHESABATI DİNLƏNİLDİ

Milli Məclisin martın 16-da keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin hesabatı dinlənilmişdir.

Milli Məclisin sədri Murtuz Ələsgərov demişdir ki, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ölkədə başlanmış hüquqi, iqtisadi, siyasi və sosial islahatlar uğurla davam etdirilir. “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanununa uyğun olaraq, hər il Milli Məclisin yaz sessiyasının 5-ci iclasında hökumət özünün fəaliyyəti ilə bağlı parlament qarşısında hesabat verir. Ötən il Milli Məclis Nazirlər Kabinetinin ilk hesabatını dinləyərək müvafiq qərar qəbul etmişdir. Ölkənin hərtərəfli inkişafının təmin olunmasına yönəldilmiş islahatların həyata keçirilməsində Nazirlər Kabineti olduqca mühüm rol oynayır. Ötən dövrdə hökumət ölkə iqtisadiyyatında 1995-ci ildən bəri mövcud olan inkişaf dinamikasını qoruyub saxlamış, əhalinin rifah halının daha da yaxşılaşmasına şərait yaradan səmərəli tədbirlər görmüşdür. Ümumi daxili məhsul əhəmiyyətli dərəcədə artmış, nəticədə dövlət büdcəsinin gəlirləri çoxalmışdır. Azərbaycan Respublikası ilbəil daha da inkişaf edərək, iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilməkdədir. Qarşıda isə görüləcək işlər çoxdur. Bütün işləri həyata keçirmək üçün Nazirlər Kabinetinin fəaliyyətini daha da gücləndirmək, istifadə edilməyən ehtiyat mənbələrini üzə çıxarmaq lazımdır.

Sonra iqtisadi inkişaf naziri Fərhad Əliyev Nazirlər Kabinetinin 2003-cü il üçün hesabat məruzəsi ilə çıxış etmişdir. O demişdir ki, ötən il Azərbaycanın sosial-iqtisadi inkişafı yüksələn xətlə davam etmişdir. Bu irəliləyiş 1996-cı ildən başlamış və son 8 il ərzində ümumi daxili məhsul 90 faiz, büdcə gəlirləri 3,9 dəfə, əsas kapitala yönəldilən sərmayələrin həcmi 6,5 dəfə, xarici ticarət dövriyyəsi 3,3 dəfə, əhalinin real pul gəlirləri 3 dəfə, orta aylıq əmək haqqı 6 dəfə artmış, büdcə kəsiri ÜDM-in 2 faizindən çox olmamış, inflyasiyanın illik səviyyəsi 1-2 faiz təşkil etmişdir. İqtisadi inkişafın sadalanan göstəricilərinə görə Azərbaycan MDB ölkələri arasında ilk yerlərdən birini tutur. Ötən illər ərzində dərin struktur və institusional islahatlar uğurla həyata keçirilmişdir.

Bütün bu nailiyyətlər Azərbaycanda iqtisadi siyasətin düzgün istiqamətdə aparılmasından xəbər verir. Bu siyasətin müəllifi ümummilli liderimiz, dünya miqyaslı görkəmli siyasi və dövlət xadimi Prezident Heydər Əliyev olmuşdur.

Heydər Əliyevin qeyri-adi rəhbərlik istedadı hələ ötən əsrin 70-80-ci illərində Azərbaycanın gələcək dövlətçiliyi üçün güclü iqtisadi, elmi və kadr potensialı yaratmağa imkan vermişdir. Məhz bu potensial Azərbaycanı 1990-cı illərin əvvəlindəki dərin iqtisadi böhrandan çıxarmağa imkan yaratmışdır.

2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkilərində Azərbaycan vətəndaşlarının təxminən 77 faizi Heydər Əliyev siyasi xəttinin ən layiqli davamçısı İlham Əliyevə səs verdi. İlham Əliyev seçkiqabağı və seçkidən sonrakı çıxışlarında birmənalı şəkildə bəyan etmişdir ki, Heydər Əliyevin daxili və xarici siyasəti davam etdiriləcək, onun dövlət quruculuğuna, Azərbaycanın iqtisadi və hərbi qüdrətinin möhkəmləndirilməsi və inkişafına yönəldilmiş ideyaları reallaşdırılacaqdır. Təsadüfi deyil ki, respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı verilmiş elə ilk fərman və sərəncamlar da iqtisadi siyasətin varisliyini göstərir.

Hesabat dövründə ümumi daxili məhsulun real artım sürəti 11,2 faiz təşkil edərək 35,1 trilyon manata, ÜDM-in strukturunda maddi istehsalın payı 63 faizə çatmışdır. Ümumi daxili məhsulun formalaşması prosesində qeyri-dövlət sektorunun xüsusi çəkisi 73,3 faiz təşkil etmişdir. Özəl sektorda artım sürəti dövlət sektoruna nisbətən 3-4 faiz yüksək olmuşdur.

2003-cü ildə dövlət büdcəsinə 6,132 trilyon manat və ya 2002-ci illə müqayisədə 35 faiz çox vəsait daxil olmuşdur. Büdcə vəsaitinin 55 faizindən çoxu əhalinin maddi və sosial ehtiyaclarının ödənilməsi üçün istifadə edilmişdir. Ötən il büdcə kəsiri cəmi 41 milyard manat və ya ÜDM-ə nisbətdə 0,1 faiz təşkil etmişdir. 2004-cü ilin əvvəli üçün Azərbaycanın valyuta ehtiyatları 75 milyon dollar artmış və 757 milyon dollar təşkil etmişdir ki bu da ölkənin 4-5 aylıq idxal həcminə bərabərdir. Dövlət Neft Fondunda 815 milyon dollar, yaxud 2003-cü ilin əvvəlinə nisbətən 123 milyon dollar çox vəsait toplanmışdır. Kənd təsərrüfatı istehsalının real artımı 5,6 faiz təşkil etmişdir.

Əldə olunmuş bütün bu uğurlar bilavasitə Prezident Heydər Əliyevin adı ilə bağlıdır.

Məruzəçi xatırlatdı ki, Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008) təsdiq edilmişdir. Bu sənəddə respublikanın sosial-iqtisadi inkişafının əsas parametrləri müəyyənləşdirilmiş, iqtisadi və struktur islahatlarının sürətləndirilməsi, regionların inkişaf etdirilməsi, kiçik və orta sahibkarlığa dövlət yardımının artırılması, strateji baxımdan mühüm obyektlərin və infrastrukturun inşası, biznes mühitinin yaxşılaşdırılması, işsizliyin azaldılması, əhalinin maddi rifahının yüksəldiməsi kimi çox mühüm vəzifələr irəli sürülmüşdür. Bu vəzifələrin həyata keçirilməsi üçün artıq zəruri işlərə başlanılmışdır. Azərbaycan hökuməti Prezident İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasından irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkanlarını səfərbər edəcəkdir.

Sonra məruzə ətrafında müzakirələr başlandı.

Müzakirələrdə çıxış edən deputatlar hökumətin səlahiyyətlərinə daxil olan bütün məsələlərə toxunaraq vurğuladılar ki, hesabat dövründə əldə edilən nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin iqtisadi siyasət xəttinin həyata keçirilməsinin nəticəsidir və həmin siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yeni konsepsiya əsasında uğurla davam etdirilir.

Eyni zamanda, bildirildi ki, Azərbaycanda son illər yaranmış potensialdan düzgün istifadə olunmalı, sahibkarlığa diqqət artırılmalı, iş adamlarına kreditlərin verilməsindəki əngəllər və mənfi hallar aradan qaldırılmalı, struktur dəyişiklikləri aparılmalıdır.

Deputatlar bir sıra nazirliklərin, yanacaq-energetika sektoruna daxil olan şirkətlərin fəaliyyətindəki nöqsan və çatışmazlıqlarla bağlı iradlarını söylədilər.

Nazirlər, şirkət rəhbərləri deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirdilər.

İqtisadi inkişaf naziri Fərhad Əliyev müzakirələrdə səslənən tənqid və iradlara öz münasibətini bildirdi.

Milli Məclisin sədri Murtuz Ələsgərov iclasa yekun vurdu. Azərbaycan hökumətinin hesabat dövründəki fəaliyyətinin nəzərə alınması barədə qərar qəbul edildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Liqasında bütün yarımfinalçılar bəlli olub

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək VİDEO