SİYASƏT


MİLLİ MƏCLİSİN AŞPA-DAKI DAİMİ NÜMAYƏNDƏ HEYƏTİNİN BAŞÇISI İLHAM ƏLİYEV AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI SƏDRİNİN MÜAVİNİ VƏ  BÜRO ÜZVÜ SEÇİLMİŞDİR

ARDNŞ-ın birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyevin başçılığı ilə Azərbaycan parlamentinin daimi nümayəndə heyəti AŞPA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqa gəlmişdir. Sessiya yanvarın 27-də öz işinə başlamışdır. 

Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin başçısı İlham Əliyev sessiyanın ilk iclasında yekdilliklə bu qurumun sədrinin müavini və Büro üzvü seçilmişdir. Xatırladaq ki, İlham Əliyev müstəqil Azərbaycanın tarixində nüfuzlu beynəlxalq təşkilatda belə yüksək vəzifəyə seçilmiş ilk siyasətçidir.

Bu, Prezident Heydər Əliyevin rəhbərliyi ilə aparılan uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə artmasının daha bir sübutu, habelə Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin başçısı İlham Əliyevin həmin mötəbər qurumdakı səmərəli, məqsədyönlü və prinsipial fəaliyyətinin və şəxsi nüfuzunun məntiqi nəticəsidir.

Sessiyanın gündəliyinə Cənub-Şərqi Avropada sabitlik paktının imkanları, həmin regionda əhalinin miqrasiyası, kütləvi informasiya vasitələrində söz azadlığı, Avropa ilə Aralıq dənizi hövzəsi ölkələri arasında mədəni əməkdaşlıq, Çeçenistanda vəziyyət, Avropada sosial vəziyyət, əlillərin təminatı, gənc mühacirlərin vəziyyəti və digər məsələlər daxildir.

İlk iclasda Türkiyə Respublikasının baş naziri Abdullah Gül çıxış etmişdir.

X X X

Azərbaycan parlament nümayəndə heyətinin başçısı İlham Əliyev gündəlikdəki “Cənub-Şərqi Avropa üçün sabitlik paktının imkanları” məsələsinin müzakirəsində çıxış etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.