SİYASƏT
MİLLİ MƏCLİSİN DEPUTATI PARİSƏ GEDƏCƏKDİR
Avropa Şurası Parlament Assambleyasının Hüquq məsələləri və insan haqları komitəsinin növbəti iclası iyunun 5-də Parisdə keçiriləcəkdir.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasından AzərTac-a bildirmişlər ki, bu tədbirdə Milli Məclisin deputatı Rəfael Hüseynov iştirak edəcəkdir.
Komitənin iclasında insan hüquqları ilə bağlı vəziyyət, Ermənistanda keçirilmiş parlament seçkilərinin nəticələri, Assambleyanın yay sessiyasının gündəliyinə çıxarılacaq məsələlər müzakirə olunacaqdır.