Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

MİLLİ MƏCLİSİN İCLASI KEÇİRİLMİŞDİR

Oktyabrın 17-də Milli Məclisin iclası keçirilmişdir. Milli Məclisin sədri Murtuz Ələsgərov demişdir ki, oktyabrın 15-də keçirilmiş prezident seçkilərinin ilkin nəticələri artıq elan olunmuşdur. Seçkilər son dərəcə yüksək səviyyədə, demokratik, azad və şəffaf keçirilmişdir. Bu nəticələr seçkiləri izləyən dünya parlamentlərinin, beynəlxalq və yerli müşahidəçilərin müsbət rəylərində də öz əksini tapmışdır. Hətta bəzi müşahidəçilər əhalinin səsvermədə iştirakı, prosesin azad və şəffaflığı baxımından seçkilərin bir sıra Avropa ölkələrindən də üstün keçirildiyini qeyd etmişlər. Bugünkü iclasda seçkilərin nəticələri, seçkidən sonrakı ictimai-siyasi vəziyyət və Azərbaycan Respublikası Prokurorluğunun Milli Məclisə ünvanladığı təqdimat müzakirə olunacaqdır. Prokurorluğun təqdimatında Milli Məclisin deputatı İqbal Ağazadə seçkilərdən sonrakı dövrdə törədilmiş iğtişaşların fəal təşkilatçılarından və iştirakçılarından biri olduğuna görə onun deputat mandatından məhrum olunması istənilir.

Respublika Baş prokurorunun birinci müavini Ramiz Rzayev çıxış etmişdir. O demişdir ki, prezident seçkilərində öz məğlubiyyətləri ilə razılaşmayan Müsavat və Ümid partiyalarının üzvləri və onların tora saldıqları adamlar oktyabrın 16-da Bakı şəhərində kütləvi iğtişaşlar törətmişlər. Bu faktla əlaqədar Azərbaycan Respublikası Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır. Həmin cinayət işinin istintaqı ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru Milli Məclisə təqdimatla müraciət etmişdir.

Təqdimatda deyilir: “2003-cü il oktyabrın 16-da saat 11 radələrindən başlayaraq Müsavat Partiyasının başqanı İsa Yunis oğlu Qəmbərovun və “Bizim Azərbaycan Bloku”na daxil olmuş digər partiyaların rəhbərlərinin çağırışları ilə həmin partiyaların üzvləri digər şəxslərlə birlikdə saat 14 radələrində “Sərbəst toplaşmaq haqqında Azərbaycan Respublikası” Qanunun tələblərini pozaraq, Bakı Şəhər İcra Hakimiyyətinin razılığı olmadan Bakı şəhərinin Neftçilər prospektində yerləşən Azərbaycan Muzey Mərkəzinin qarşısında qanunsuz toplaşmış, onları qayda-qanunlara riayət etməyə dəvət edən polis əməkdaşlarının və digər hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmayaraq onlara qarşı həyat və sağlamlıqları üçün təhlükəli olan zor işlədərək Bakı şəhərinin Azadlıq meydanında, ayrı-ayrı küçələrində kütləvi iğtişaşlar törətmiş, nəticədə Azərbaycan Respublikası DİN-in əməkdaşlarına, Daxili Qoşunların əsgər və zabitlərinə, ayrı-ayrı vətəndaşlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmiş, həmçinin vətəndaşların əmlaklarını dağıtmış, polis əməkdaşlarının xidməti istifadəsində olan avtomaşınları əzməklə maddi ziyan vurmuşlar.

Həmin faktlara görə, 2003-cü il oktyabrın 16-da Azərbaycan Respublikası Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaq aparılır. Aparılmış istintaqla müəyyən edilmişdir ki, həmin cinayətin təşkilatçılarından və iştirakçılarından biri də 1969-cu ildə Füzuli rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, Ümid partiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Bakı şəhəri Xətai rayonunda 8-ci Dairəvi küçədəki 26 nömrəli evdə yaşayan Ağazadə İqbal Fehruz oğludur. Ağazadənin həmin cinayətdə iştirakı şahidlərin və zərərçəkmiş şəxslərin ifadələri, maddi sübutlar, hadisə yerində çəkilmiş və istintaqın gedişində əldə edilərək götürülmüş videomateriallar və digər materiallarla tam sübuta yetirilmişdir. İqbal Ağazadənin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.1-ci və 315.2-ci maddələrinin əlamətləri vardır və o, həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməlidir. İqbal Ağazadə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olduğundan, Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsi və “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 12-ci maddəsinə əsasən toxunulmazlıq hüququna malikdir və deputat toxunulmazlığına Milli Məclisin qərarı ilə xitam verilmədən o, cinayət məsuliyyətinə cəlb edilə bilməz. Ona görə də Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsi və “Azərbaycan

Respublikasının Prokurorluq haqqında” Qanunun 10-cu maddəsini rəhbər tutaraq xahiş edirəm, 1969-cu ildə Füzuli rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, Ümid partiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Bakı şəhəri Xətai rayonunun 8-ci Dairəvi küçəsindəki 26 nömrəli evdə yaşayan Ağazadə İqbal Fehruz oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun deputatlıq toxunulmazlığına xitam verilməsi məsələsinə baxasınız.”

Oktyabrın 16-da Bakı şəhərində törədilmiş iğtişaşlardan fraqmentlər nümayiş etdirildikdən sonra Milli Məclisin İntizam komissiyasının sədri Kərim Kərimov çıxış etmişdir. O demişdir ki, Milli Məclisin sədri, deputat İqbal Fehruz oğlu Ağazadənin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.1-ci və 315.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə icazə verilməsi barədə Baş prokurorun təqdimatını Milli Məclisin Daxili Nizamnaməsinin 22-ci maddəsinə əsasən baxılmaq üçün intizam komissiyasına göndərmişdir. Komissiyada məsələnin müzakirəsindən öncə dəfələrlə İqbal Ağazadəyə müraciət edilmiş, amma o müxtəlif bəhanələrlə iclasa gəlməkdən boyun qaçırmışdır.

Komissiyanın rəyi dinlənildikdən sonra məsələyə öz münasibətlərini bildirən Milli Məclisin komissiya sədrləri, deputatlar Baş prokurorun təqdimatını ölkədə sabitliyi pozmağa cəhd edən qüvvələrə qarşı atılan vacib addım kimi qiymətləndirmişlər. Onlar bildirmişlər ki, oktyabrın 15-16-da ekstremist qüvvələrin törətdikləri cinayət hadisələri təkcə iğtişaş kimi deyil, hakimiyyəti zor gücü ilə ələ almaq və dövlət çevrilişinə cəhd kimi qiymətləndirilməlidir. Prezident seçkilərinin rəsmi nəticələri məlum olunmamışdan qabaq özünü prezident elan edən İsa Qəmbər, onu dəstəkləyən digər partiyalar haqqında çox ciddi tədbirlər görülməlidir. Eyni zamanda, İqbal Ağazədəyə, eləcə də digər təşkilatçılara qarşı, - bu hadisələrdə həm də insan tələfatı baş verdiyini nəzərə alaraq, - Cinayət Məcəlləsinin 220.1-ci və 315.2-ci maddələri ilə deyil, digər maddələrlə cinayət işi qaldırılmalıdır. Deputatlar hüquq-mühafizə orqanlarından işə ciddi yanaşmağı tələb etmişlər.

Müzakirələrdən sonra Respublika Prokurorluğunun təqdimatına əsasən, İqbal Ağazadənin deputat toxunulmazlığının ləğv edilməsi məsələsi səsə qoyulmuş və 93 səs leyhinə olmaqla yekdil qərar qəbul olunmuşdur. (Qərar qəzetdə dərc olunur).

Milli Məclisin sədri Prokurorluğa müraciət edərək işin obyektiv aparılması ilə bağlı deputatların səsləndirdikləri təkliflərin nəzərə alınmasını xahiş etmişdir.

İclasın ikinci yarısında prezident seçkilərindən sonra yaranmış ictimai -siyasi vəziyyət müzakirə olunmuşdur.

Deputatlar bildirmişlər ki, oktyabrın 15-də keçirilən seçkilər, sözün həqiqi mənasında, MDB məkanında ən nümunəvi seçkilər hesab olunmalıdır. Bunu beynəlxalq müşahidəçilər də təsdiq etmişlər. Amma özünü müxalifət adlandıran bəzi radikal qüvvələr uduzduqlarını etiraf etmək əvəzinə, əvvəlcədən bəyan etdikləri kimi, ölkədə qarşıdurma yaratmağa cəhd göstərdilər. Özlərini demokratik müxalifət adlandıran Müsavat, ADP, Ümid və “Bizim Azərbaycan Bloku”na daxil olan digər partiyalar nəinki ölkədə insan hüquqlarını müdafiə etdilər, əksinə millətimizi təhqir etdilər. Onların vandalizmi, saxtakarlığı və dövlətə qarşı düşmənçilik siyasəti nəticəsində qan töküldü. Özlərini söz azadlığının qoruyucusu kimi xalqa sırımaq istəyən bu nadanlar jurnalistlərə qarşı da zor tətbiq etməkdən çəkinmədilər. Bütün bunlar dövlətçiliyimizə qarşı qəsddir.

Türkiyə, Rusiya, İran, Gürcüstan və Ukrayna dövlət başçılarının İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik etdikləri bir vaxtda, xarici havadarlarının təhriki ilə ölkədə siyasi sabitliyi pozmaq istəyən qüvvələr haqqında ciddi tədbirlər görülməlidir.

Müxalifətin təkcə xaricdən deyil, ölkədə ikili mövqe tutan iş adamları və məmurlar tərəfindən də maliyyələşdirildiyini bildirən deputatlar bu qaynaqların aşkarlanmasını və onlar barəsində də qəti tədbirlərin görülməsini hüquq mühafizə orqanlarından tələb etmişlər.

Çıxışlarda o da bildirilmişdir ki, dağıdıcı müxalifətin himayəsində olan mətbuat vasitələri barəsində də tədbir görülməlidir.

Deputatlar qeyd etmişlər ki, ölkədə baş vermiş qanlı hadisəyə, vandalizmə və vəhşiliyə görə birbaşa İsa Qəmbər, Rəsul Quliyev, Sərdar Cəlaloğlu, İqbal Ağazadə məsuliyyət daşıyırlar. Ona görə də Müsavat, Ümid, ADP və onlarla bir bloka daxil olan digər partiyalar bağlanmalı, əmlakları müsadirə olunaraq dövlət müəssisələrinə, vətəndaşlara, səhmdar cəmiyyətlərinə dəyən ziyanın ödənilməsinə yönəldilməlidir. Həmin partiyaların liderləri barəsində ən ciddi tədbirlər görülməlidir. “Siyasi partiyalar haqqında” və “Kütləvi İnformasiya vasitələri haqqında” Qanunlar yenidən işlənməlidir.

Parlamentin sədri Murtuz Ələsgərov sonda bildirmişdir ki, müxalifətin bütün ekstremist hərəkətlərinin qarşısı qətiyyətlə alınmış, bundan sonra da alınacaqdır. Onlar layiq olduqları cəzalarını alacaqlar. Milli Məclis müzakirə olunan məsələ ilə bağlı qərar qəbul etmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı