SİYASƏT
MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASI BAŞA ÇATDI
Milli Məclisdən AZƏRTAC-a bildirmişlər ki, 2002-ci ilin payız sessiyasında 25 ümumi iclas keçirilmiş, 48 qanun və qərar qəbul edilmiş, 28 qanuna isə əlavə və dəyişikliklər olunmuşdur.
Bu sessiyada dövlətimizin başçısı Heydər Əliyevin daxili və xarici siyasətinin həyata keçirilməsinin hüquqi bazasının yaradılması istiqamətində mühüm qanunlar qəbul edilməsi ilə əlamətdar olmuşdur.
“2003-cü ilin Dövlət büdcəsi haqqında”, “Sosial müdafiə fondunun Dövlət büdcəsi haqqında”, “Milli Məclisin Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında”, “İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya qanunları bu qəbildəndir.