Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

MİLLİ OLİMPİYA KOMİTƏSİNDƏ GÖRÜŞ

Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyev iyulun 31-də MOK-un inzibati binasında gənclər arasında şahmat üzrə Bakıda keçirilmiş Avropa çempionatında uğur qazanmış Azərbaycan idmançılarını, onların məşqçilərini və respublika Şahmat Federasiyasının rəhbərlərini qəbul etmişdir. 

MOK-un prezidenti belə mötəbər yarışda qazanılmış nailiyyət münasibətilə şahmatçıları təbrik etdi, Azərbaycanda idmanın hərtərəfli inkişaf etdiyini, idmançılarımızın müxtəlif beynəlxalq yarışlardakı qələbələrinin xalqımızı sevindirdiyini bildirdi. Şahmatın Azərbaycanda inkişafını vurğulayan İlham Əliyev dedi ki, şahmatçılarımızın indiki nəsli ənənələrimizi qoruyurlar və bütün dünyaya sübut edirlər ki, Azərbaycan gəncləri təkcə fiziki qabiliyyət deyil, eyni zamanda güclü intellekt tələb edən idman növlərində də uğurla yarışmağa qadirdirlər. O, şahmatçılarımızın gəlcəkdə daha böyük nəticələr göstərəcəyinə, yaşlılar arasında keçirilən yarışlarda da ölkəmizi ləyaqətlə təmsil edəcəklərinə əmin olduğunu bildirdi.

MOK-un prezidenti mötəbər beynəlxalq yarışların Azərbaycanda keçirilməsinin əhəmiyyətindən və təşkilindən danışdı. İlham Əliyev Şahmat Federasiyasının işini yüksək qiymətləndirdi, gələcəkdə ölkəmizdə şahmat üzrə dünya çempionatının keçirilməsi ehtimalını da vurğuladı. O, vaxtilə respublikada tikilmiş şahmat məktəbləri barədə danışaraq dedi ki, dövlətimizin başçısı Heydər Əliyev bu idman növünün inkişafına həmişə çox böyük diqqət göstərmişdir. Vaxtilə şahmat məktəbləri üçün tikilmiş binalar sahiblərinə qaytarılacaq və bu qədim idman növü Azərbaycanda daha da geniş yayılacaqdır.

Azərbaycan Şahmat Federasiyasının Prezidenti, Milli Məclisin deputatı Aynur Sofiyeva şahmatçıların əməyinə verdiyi yüksək qiymətə görə MOK-un prezidenti İlham Əliyevə təşəkkür edərək dedi ki, gənclər arasında Avropa çempionatının paytaxtımızda uğurla keçirilməsi şahmatın Azərbaycanda geniş yayıldığını dünya idman ictimaiyyətinə bir daha nümayiş etdirdi.

Federasiyanın prezidenti belə mötəbər yarışın Bakıda təşkilinə, habelə 1970-ci illərdən başlayaraq bu idman növünün ölkəmizdə kütləvi şəkil almasında köməyinə görə dövlətimizin başçısı Heydər Əliyevə respublikanın bütün şahmatçıları, idmansevərləri adından dərin minnətdarlığını bildirdi. O, İlham Əliyevin MOK-un prezidenti seçilməsindən sonra ötən beş ildə Azərbaycan idmanının əldə etdiyi böyük uğurlardan da danışdı. A.Sofiyeva 16 ölkənin 60-dan çox gənc şahmatçısının mübarizə apardığı çempionatın qızıl medalına layiq görülmüş Zeynəb Məmmədyarovanı, gümüş və bürünc medallar qazanmış Vüqar Həşimovu və Şəhriyar Məmmədyarovu, habelə 8-ci yer tutmuş Türkan Məmmədyarovanı bir daha təbrik etdi.

Sonra A.Sofiyeva MOK-un prezidenti İlham Əliyevə Avropa çempionatının xatirə medalını təqdim etdi.

MOK-un prezidenti İlham Əliyev medala görə təşəkkür edərək bir daha xatırlatdı ki, son illərdə Azərbaycan idmanında dönüş yaranmışdır, respublikamız idman ölkəsinə çevrilməkdədir, idmançılarımız Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında böyük uğurlar əldə edirlər. Hazırda Azərbaycan idmanında yeni nəsil yetişdiyini bildirən MOK-un prezidenti bunun çox sevindirici hal olduğunu vurğulayaraq dedi ki, dövlət bundan sonra da idmançılarımıza qayğı göstərəcəkdir. O, beynəlxalq idman təşkilatları rəhbərlərinin Azərbaycanda idmanın inkişafına yüksək qiymət verdiklərini söylədi və bildirdi ki, ölkəmizdə idmanın yüksəlişi naminə səylərini bundan sonra da əsirgəməyəcəkdir.

Sonra MOK-un prezidenti İlham Əliyev şahmatçılarla və görüş iştirakçıları ilə xatirə şəkli çəkdirdi.

X X X

Sonra Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyev jurnalistlərə müsahibə verdi.

SUAL: Cənab İlham Əliyev, bu gün sizin Milli Olimpiya Komitəsinin prezidenti seçilməyinizin beş ili tamam oldu. Bu münasibətlə sizi təbrik edirik.

Son beş ildə Azərbaycan idmanının tarixinə şanlı səhifələr yazılıbdır. Bu müddət ərzində Azərbaycan, demək olar ki, olimpiya ölkəsinə çevrilibdir. Ötən dövrə nəzər salanda nələri göz önünə gətirirsiniz?

CAVAB: Mən sizinlə razıyam. Keçən beş ildə Azərbaycanda idman çox sürətlə inkişaf edibdir, böyük nəticələr, uğurlar qazanılıbdır. Bu, Milli Olimpiya Komitəsinin prezidenti kimi məni çox sevindirir.

Beş il çox tez keçdi. Elə bil ki, mən bu vəzifəyə dünən seçilmişdim. Əlbəttə, seçiləndə Azərbaycan idmanındakı vəziyyətlə bağlı o qədər də geniş bilgilərim yox idi. Amma bu məsələlərlə məşğul olmağa başlayanda düşündüm ki, gərək biz idmanda böyük dönüş yaradaq, idmana və idmançılarımıza qayğı göstərək. Çalışaq ki, idmançılar üçün gözəl şərait yaradaq, onların beynəlxalq yarışlarda iştirakını təmin edək.

Mən seçiləndən sonra İcraiyə Komitəsinin toplantısında demişdim ki, biz gərək idmançılarımıza diqqət, qayğı göstərək. Onlar da öz növbəsində bizim hamımızı – millətimizi, vətənimizi medallarla, qələbələrlə sevindirməlidirlər. Çox şadam ki, bu, belə də oldu.

Bu müddət ərzində federasiyalar gücləndi, onlara yeni insanlar gəldi. Deyə bilərəm ki, beynəlxalq idman aləmi bizi artıq idman ölkəsi kimi qəbul edir. Bizim fəaliyyətimizə ən böyük qiyməti Beynəlxalq Olimpiya Komitəsinin prezidenti cənab Roqq verərək demişdir ki, Azərbaycan Milli Olimpiya Komitəsi başqa olimpiya komitələri üçün örnək olmalıdır, Azərbaycan Milli Olimpiya Komitəsindən nümunə götürməlisiniz. O, bunu dünyanın digər milli olimpiya komitələrinin nümayəndələrinə müraciətində demişdi. Bu, böyük qiymətdir. Eyni zamanda, hesab edirəm ki, bu, onun tərəfindən verilmiş çox haqlı bir qiymətdir.

İdmanda olan vəziyyət, nailiyyətlər göz qabağındadır, bunları danmaq mümkün deyildir. Bu, həm rəsmi statistikada öz əksini tapır, həm də bizim idmançıların yarışları mətbuatda, televiziyada çox geniş yer alır. Azərbaycanda idmanla məşğul olmaq böyük bir amilə çevrilibdir. İdman bölmələrinə müşahidə edilən axın bir daha göstərir ki, gənclərimiz, uşaqlarımız idmanla məşğul olmaq istəyirlər. İlk növbədə ona görə ki, idmançı olmaq çox şərəfli bir peşəyə çevrilibdir. Digər tərəfdən, idmanla məşğul olan, beynəlxalq yarışlarda böyük qələbələr qazanan hər bir şəxs Milli Olimpiya Komitəsi tərəfindən layiqincə mükafatlandırılır, ona qayğı göstərilir. Beləliklə, Azərbaycanda idmanın inkişafı üçün gözəl şərait yaradılıbdır.

Biz idmanın kütləviliyi ilə də məşğul oluruq. Bildiyiniz kimi, bu məqsədlə Azərbaycanın müxtəlif bölgələrində yeni bir şərait yaradırıq, idman kompleksləri tikirik. Neçə ildir “Olimpiya” jurnalı çıxır. Yəni çalışırıq ki, Azərbaycanda idmanı populyarlaşdıraq. Görülən işlər onu göstərir ki, biz düz yoldayıq. Azərbaycan beynəlxalq idman aləmində artıq öz layiqli yerini tutubdur. Azərbaycan idman ölkəsinə çevrilibdir. Sidney Olimpiadasında qazanılmış qələbələr bir daha onu sübut edir ki, Azərbaycanda idman sahəsində görülən işlər öz nəticəsini, bəhrəsini vermişdir. Əminəm ki, gələcəkdə də idmançılarımız müxtəlif beynəlxalq yarışlarda xalqımızı, doğma vətənimizi neçə-neçə böyük qələbələrlə sevindirəcəklər.

SUAL: İlham müəllim, Milli Olimpiya Komitəsinə prezident seçildikdən sonra ən çətin mərhələ hansı idi? Çünki etiraf etməliyik ki, o illər bir çox idmançılarımız xaricə üz tuturdular, bəzilərinin səsləri cinayət aləmindən gəlirdi.

CAVAB: Bilirsiniz, mən bu vəzifəyə seçiləndən sonra ilk növbədə idmanda olan vəziyyəti təhlil etdik. Düşündük, biz nə etməliyik ki, Azərbaycandan idmançıların getməsinin qarşısını alaq, onları qaytaraq. Eyni zamanda, nə etməliyik ki, idmanla məşğul olmaq istəyənlərin sayı artsın. Əlbəttə, dediyiniz hallar da vardı. Bəzi idmançılar idmanı buraxıb başqa işlərlə məşğul olurdular. Yəqin bu da ona görə idi ki, onlar bəlkə də lazım olan qayğını hiss etmirdilər. O qayğını hiss etməyə başlayanda, görəndə ki, doğrudan da Azərbaycanda idmana böyük əhəmiyyət verilir, idman ictimai həyatın bir amilinə çevrilib - onda xaricdə çıxış edən idmançılar da qayıtmağa başladılar, idmançılarımız daha yüksək nəticələr göstərməyə başladılar.

Ən sevindirici hal oldur ki, Azərbaycanda uşaq, yeniyetmə idmanı inkişaf etməyə başladı. Əgər güclü potensial olmasa, idmanın inkişafı mümkün deyildir. Bunu Sidney Olimpiadasında görürdük. Bəzi ölkələr legionerlərin gətirilməsinə böyük əhəmiyyət göstərirlər. Ola bilsin ki, müəyyən mərhələdə bu da lazımdır. Ancaq bunlara ümid olmaq düzgün deyildir. Mən çox şadam ki, bizim güclü yeniyetmə idmançılarımız var.

Azərbaycanda neçə dəfə Avropa, dünya çempionatı keçirilmişdir və idmançılarımız bu yarışların ən yüksək pillələrinə qalxmışlar! Yəni əsas məsələ onda idi ki, idmana rəhbərlik edən qurumlara idmançıların inamı olsun. Biz bu inamı qazandıq. Bu gün Azərbaycan idmanındakı vəziyyət onu göstərir ki, doğrudan da, ölkəmizdə güclü idman potensialı var. Həm fərdi növlərində həm də komanda növlərində böyük qələbələrimiz var. Bizim Voleybol Federasiyası, demək olar, sıfırdan başlayaraq, voleybol üzrə komanda yaradıb və o, Avropa top-kuboku yarışlarının qalibi olubdur. Otüstü xokkey komandamız ilk dəfədir ki, Avropa çempionatının final mərhələsinə vəsiqə qazana bilibdir. Həndbolda da, digər idman növlərində də irəliləyiş vardır.

Yəni biz idmana hərtərəfli baxırıq, heç vaxt ayrı-seçkilik etməmişik. Çünki hər bir idmançı mənim üçün əzizdir. Mən istəyirəm ki, bizim üçün həm ənənəvi olan idman növləri inkişaf etsin, eyni zamanda, keçmişdə ənənəsi olan, lakin son dövrlərdə bir növ unudulan idman növləri də inkişaf etsin. Əlbəttə, bunu etmək üçün gərək federasiyaları gücləndirəydik. İlkin mərəhlədə bəziləri federasiyaların rəhbərliyinə tanınmış şəxslərin gəlməsinə başqa cür münasibət göstərirdilər. Ancaq mən o vaxt əmin idim ki, bu, düzgün siyasətdir. İndi də hər kəs bunu görür ki, bu, düzgün siyasətdir. İdmana, federasiyalara rəhbərlik edən şəxs gərək idmançılara kömək etsin. Məşqçilər, mütəxəssislər var və müxtəlif qurumlar bilavasitə idmançının hazırlığı ilə bağlıdırlar. Amma federasiya rəhbəri, prezidenti gərək yaxşı təşkilatçı olsun. Deyə bilərəm ki, bizim federasiyaların 90 faizi indi lazımi səviyyədə fəaliyyət göstərir. Təəssüflər olsun elə federasiyalar var ki, orada işlər düzgün qurulmayıbdır. Ona görə də nəticə yoxdur. İş olan yerdə isə həmişə nəticə də olur.

SUAL: İlham müəllim, fərəhli haldır ki, son illər ölkəmizin müxtəlif rayonlarında Olimpiya İdman Kompleksləri tikilir. Bəs, təlim-məşq bazaları nəzərdə tutulurmu? Biz bilirik ki, paytaxtımızda ən müasir standartlara cavab verən iki təlim-məşq bazası var. Belə təlim-məşq bazalarının tikilməsi nəzərdə tutulurmu?

CAVAB: Bilirsiniz, tikilən və tikiləcək idman kompleksləri eyni zamanda təlim-məşq bazasına da çevrilibdir. Çünki orada məşqlər, təlim-məşq toplanışları keçirilir. Məsələn, bizim birinci tikdiyimiz Olimpiya İdman Kompleksində Azərbaycanın voleybol komandası məşq edirdi. Əgər bu salon olmasaydı, yəqin ki, belə uğurlar da əldə edə bilməzdi. Orada digər idman növləri üzrə də yarışlar da keçirilir. Eyni zamanda, məşqlər keçirilir. Mən sizə deyə bilərəm ki, orada boş vaxt yoxdur. Deyə bilərəm ki, hər gün yarışlar və məşqlər keçilir.

Rayonlarda, şəhərlərdə yaradılmış və yaradılacaq idman kompleksləri o məqsədlə tikilir ki, orada məşqlər də, yarışlar da keçirilsin və Azərbaycanın çempionatları keçirilsin. Çünki idmanı bütün ölkədə populyarlaşdırmaq üçün gərək təkcə Bakıda yox. Azərbaycanın digər şəhər və rayonlarında yaxşı imkan olsun. Məsələn, bu yaxınlarda Naxçıvan şəhərində açdığımız Olimpiya İdman Kompleksi məhz bu məqsəd üçündür. Yaxın günlərdə Gəncədə açılacaq İdman Kompleksində, ondan sonra digər rayon və şəhərlərdə tikiləcək idman komplekslərində də həm yarışlar keçiriləcək, həm də idmançılar orada məşq edəcək və öz səviyyələrini qaldıracaqlar.

O iki bazaya gəlincə isə, deyə bilərəm ki, onlar bizim balansda deyildir. Bilirsiniz ki, Milli Olimpiya Komitəsi bütün infrastrukturu yenidən, sıfırdan yaradır. Bizə keçmişdə müxtəlif təkliflər də olmuşdu ki, bəzi idman qurğuları var, yararsız vəziyyətdədir, onları təmir edək. Mən buna o qədər də həvəs göstərmirdim. Bizim balansımızda olan bütün qurğular, obyektlər məhz öz tərəfimizdən inşa edilib, tikilibdir. Ona görə də onlar dünya standartlarına cavab verir. Mən imkan verə bilmərəm ki, Milli Olimpiya Komitəsinin hansısa bir obyekti lazımi səviyyədə olmasın. Gərək hər şeyi dünya standartlarına uyğun şəkildə edək. Onda idmançılarımızdan da dünya standatlarına uyğun nəticələr tələb edə bilərik.

SUAL: İlham müəllim, Azərbaycanda idman qurğuları tikilir, bir sıra mötəbər yarışlar, o cümlədən Avropa çempionatları keçirilir. Ümid etmək olarmı ki, yaxın vaxtlarda Azərbaycan olimpiya oyunlarının ünvanına çevrilsin?

CAVAB: Mən buna inanmıram, gərək biz realist olaq. Hesab edirəm ki, buna Azərbaycanın imkanı çatmayacaqdır. Çünki olimpiya oyunları ən böyük idman yarışıdır və bunu keçirmək üçün gərək güclü infrastruktur olsun. Təkcə idman infrastruktur yox, ümumiyyətlə, digər xidmət infrastrukturu da olsun. Mən inanmıram ki, yaxın gələcəkdə Azərbaycan belə bir müraciətlə çıxış etsin. Ola bilsin, bir neçə ildən, bəlkə on ildən sonra əgər bizdə sadaladığım infrastruktur yaranarsa, bu barədə fikirləşmək olar. Amma əgər reallığı götürsək, inanmıram ki, Azərbaycanda belə bir yarış keçirmək mümkün olsun.

SUAL: Ilham müəllim, siz indi şahmatçılarımızı qəbul etdiniz. Bildiyimiz kimi, gənclər arasında Avropa çempionatının açılışında ilk gedişi də siz etdiniz və nəticəsi də çox uğurlu oldu. Gələcəkdə idmançılarımıza nə dərəcədə ümid bəsləyə bilərik?

CAVAB: Mən buna nikbinliklə baxıram. Bizim gördüyümüz işlər deməyə əsas verir ki, Azərbaycan idmanının böyük uğurları hələ qabaqdadır. Biz gərək qazanılmış uğurlarla kifayətlənməyək. Düzdür, bunlar böyük uğurlardır. Amma gərək həmişə inkişaf edək, gələcəyə baxaq. Şəxsən indi mənim fikirlərim Afinadadır. Əminəm ki, idmançılarımız orada yaxşı nəticə göstərə bilərlər. Əvvəlcədən proqnoz vermək istəmirəm. Amma çox ümidverici məqamlar var və bu, deməyə imkan verir ki, Azərbaycan Afinada ləyaqətlə təmsil olunacaqdır.

 

Olimpiya oyunları yeganə yarışdır və vasitədir ki, ölkələr öz aralarında açıq şəkildə rəqabət aparırlar. Digər sahalərdə rəqabət özünü o qədər büruzə vermir. Məsələn, əgər biz müxtəlif ölkələrin iqtisadiyyatına nəzər salsaq, demək çox çətin olar ki, hansı daha qabaqdadır. Yaxud da digər sahələrdə. Amma idmanda hər şey açıq-aydın görünür. Olimpiya oyunları təkcə idman yarışı deyil, həm də böyük siyasətdir. Ona görə də orada gərgin, kəskin mübarizə aparmaq lazımdır. Mən çox şadam ki, Azərbaycanın nümayəndələri Sidney Olimpiya oyunlarında bu rəqabətə dözdülər və öz çıxışları ilə Azərbaycanı dünyada 34-cü yerə qaldıra bildilər. Bu, çox böyük nailiyyətdir.

Hesab edirəm ki, gərək biz Afinada irəliyə doğru bir addım da ataq. Mən indi dəqiq deyə bilmərəm ki, hansı idman növlərində bizi nələr gözləyir. Bunu heç kəs deyə bilməz. Amma tam nikbinliklə deyə bilərəm ki, idmançılarımız orada ləyaqətlə çıxış edəcəklər, vətənimizə yeni-yeni qələbələr gətirəcəklər.

Gərək hər şey inkişaf etsin. İdman da, digər sahələr də. Bəlkə də digər sahələrlə müqayisədə, bu inkişaf idmanda daha açıq-aydın görünür.

SUAL: İlham müəllim, Azərbaycan idmanının son beş ilini necə qiymətləndirirsiniz?

CAVAB: Mən Azərbaycan idmanını çox yüksək qiymətləndirirəm. hesab edirəm ki, Azərbaycan idmanı dünya idman aləmində öz layiqli yerini, yüksək yerini tutubdur. Zənnimcə, biz təkcə regionda yox, Avropada da ön sıralarda gedirik. Azərbaycanın idmanı yaşayır, inkişaf edir və bundan sonra daha da çox inkişaf edəcəkdir. Sağ olun.

AzərTac

Foto İlqar Cəfərovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb