SİYASƏT
MİLLİ ORDU SIRALARINA CAĞIRIŞ MÜTƏŞƏKKİL KEÇİRİLİR
Azərbaycan Prezidenti Heydər Əliyevin 1 iyul tarixli Fərmanına uyğun olaraq Sumqayıtda gənclərin Milli Orduya çağırışı keçirilir. Şəhərin hərbi komissarı, polkovnik Fəda Ağayev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Sumqayıtda həqiqi hərbi xidmətə çağırış bir ənənə olaraq 100 faiz yerinə yetirilir. Gənclər çağırış məntəqələrinə həvəslə gəlirlər. Xidmətdən yayınma faktları qətiyyən yoxdur. Bu da, F.Ağayevin fikrincə, müvafiq qurumların mütəşəkkil, əlaqəli fəaliyyətinin nəticəsidir. Bu qurumlar gənclər arasında səmərəli iş aparırlar. Sumqayıtlılar orduda şərəf və vicdanla qulluq edirlər. Hərbi hissələrin özbaşına tərk edilməsi halları tamamilə aradan qaldırılmışdır.