SİYASƏT
MİLLİ POTENSİALIN YARADILMASI LAYİHƏSİ GƏLƏN İL BAŞA ÇATACAQDIR
BMT-nin İnkişaf Proqramının yardımı ilə Xarici İşlər Nazirliyində həyata keçirilən “Milli potensialın yaradılması” layihəsi gələn il başa çatacaqdır. Layihə Xarici İşlər Nazirliyinin aparatının, eləcə də Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin fəaliyyətini daha yaxşı idarə etmək və gücləndirmək məqsədi daşıyır.
XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, layihə çərçivəsində nazirlikdə təhlükəsizlik siyasəti, inkişaf və çoxtərəfli əməkdaşlıq bölməsi yaradılmışdır.
Gələn il başa çatacaq layihə XİN aparatının gənc əməkdaşlarının Avstriya Xarici İşlər Nazirliyində təcrübə keçmələri üçün təhsil səfərləri ilə də səciyyəvidir. Layihənin dəyəri 408 min ABŞ dollarıdır. Bu vəsaitin 403 min dollarını BMT-nin İnkişaf Proqramı, 5 min dollarını isə XİN ayırmışdır.