İDMAN


MİLLİ QƏHRƏMANIN XATİRƏSİ ANILMIŞDIR

Sərhədçi Əmiraslan Əliyev 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında Bakıda dövlət çevrilişləri cəhdinin qarşısının alınmasında mərdlik nümunəsi göstərmiş, qəhrəmancasına həlak olmuşdur.

Vətənin müdafiəsində xidmətlərinə görə Əmiraslan Əliyev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, onun xidmət etdiyi zastavanın həyətində büstü ucaldılmış, zastavaya isə adı verilmişdir.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Sərhəd Diviziyasının “N” saylı zastavasında qəhrəmanın xatirə gecəsi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Naxçıvan Sərhəd Diviziyası ilə birgə keçirdiyi tədbirin iştirakçıları Ə.Əliyevin büstünü ziyarət etmiş, önünə tər gül dəstələri düzmüş, qəhrəmanın əziz xatirəsini ehtiramla anmışlar.

Xatirə gecəsində Naxçıvan Sərhəd Diviziyası komandirinin müavini, polkovnik–leytenant Cabir Nəcəfov, Milli Qəhrəmanın adını daşıyan zastavanın rəisi, kapitan Bəşir Seyfəlov, Naxçıvan Muxtar Respublikası Əmək və Müharibə Veteranları Şurasının sədri Qara Fərzəliyev və başqaları Vətən uğrunda canından keçmiş şəhidlərə göstərilən dövlət qayğısından danışmışlar.

Milli qəhrəmanın qardaşı Asif Əliyev tədbirin təşkilatçıları və iştirakçılarına minnətdarlığını bildirmişdir.

Sonda tədbir iştirakçıları Milli Qəhrəmanin həyatını və xidməti fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxmışlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.