İQTİSADİYYAT
MİLLİ QHT FORUMU QAXDA SEMİNAR KEÇİRİB
Seminarda proqram haqqında məlumatlandırma, sahibkarlığın inkişafı, mikrokreditlərin verilməsi, sənədin həyata keçirilməsində QHT və İcmaların iştirakı və başqa mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
Azay Quliyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, layihənin birinci mərhələsinin fəaliyyət planına uyğun olaraq əhalini proqram barədə məlumatlandırmaq və onların bu sənədin həyata keçirilməsində iştirakının zəruriliyini müəyyənləşdirmək məqsədi ilə qurumun əlaqələndiriciləri respublikamızın şimal-qərb və mərkəzi regionuna daxil olan 17 rayonda olmuş, həmin ərazidə 1700 nəfər yerli sakin arasında sorğu keçirmiş və təhlillər aparmışdır. Bugünkü seminarın mövzusu da məhz həmin sorğunun nəticələrinə uyğun müəyyənləşdirilmişdir. Bundan əvvəl belə bir tədbir Oğuzda təşkil olunmuşdu. Növbəti görüşümüz Balakən və Zaqatala rayonlarında olacaqdır.