MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNİN ŞƏXSİ HEYƏTİ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMİŞDİR
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti nazir general-leytenant Eldar Mahmudov başda olmaqla yanvarın 19-da Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə canlarını qurban vermiş igid vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzmüş, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər. Təhlükəsizlik orqanlarının veteranları və Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının kursantları da onlarla birlikdə olmuşlar.
General-leytenant Eldar Mahmudov və nazirliyin əməkdaşları vətənimizin azadlığı uğrunda canlarından keçən, bu müqəddəs məkanda əbədiyyətə qovuşmuş şəhid təhlükəsizlik orqanları işçilərinin məzarlarını da ziyarət etmişlər.
Nazirliyin şəxsi heyəti adından “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyulmuşdur.
Xəbərin mətnində orfoqrafik səhv var