MƏDƏNİYYƏT


MİLLİ TURİZM MÜKAFATI MÜSABİQƏSİ KEÇİRİLİR

Bakı, 14 iyul (AZƏRTAC). Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə milli turizm mükafatı müsabiqəsi keçirilir.

Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, milli turizm mükafatı Azərbaycanda ölkə daxili və xarici turizmin inkişafını dəstəkləmək, həmçinin turistlərə göstərilən xidmətin keyfiyyətini və səmərəliliyini, turizm obyektlərinin peşəkarlığını, yaradıcılıq potensialını gücləndirmək üçün təsis olunmuşdur.

Müsabiqədə idarə və təşkilatlar, turizm və mehmanxana biznesinin nümayəndələri, turizm sahəsində kadr hazırlığı ilə məşğul olan müəssisələr, ayrı-ayrı jurnalistlər və KİV-lər də iştirak edə bilərlər.

Mükafatın laureatlarına diplom və xatirə nişanları təqdim olunacaqdır.

Müsabiqədə iştirak etmək üçün lazım olan ərizə forması sentyabrın 1-dək Bakı Turizm İnformasiya Mərkəzinə göndərilməlidir. Mükafat laureatlarının təltif edilməsi mərasimi 27 sentyabr - Dünya Turizm Günündə keçiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.