İDMAN


MİLLİ YIĞMAMIZIN NÖVBƏTİ QƏLƏBƏSİ

Azərbaycan Basketbol Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, iyunun 9-da Azərbaycanın basketbol üzrə kişilərdən ibarət milli yığma komandası Avropa İnkişaf Kuboku yarışlarında növbəti oyununu San-Marino komandasına qarşı keçirmişdir. Oyunun əvvəlindən sonunadək təşəbbüsü əldən verməyən yığmamız 81:59 hesabı ilə inamlı qələbə qazanmışdır (17:14; 28:19; 17:12; 19:14). Qeyd etmək lazımdır ki, iki ildən bir keçirilən bu yarışların sonuncu qalibi San-Marino komandasıdır.

Komandamızın tərkibində kapitan Tahir Baxşiyev (23 xal), Anar Sarıyev (22 xal), Samit Nuriyev (17 xal, 5 ötürmə), Fuad Niftaliyev (11 xal, 8 rebaund) və Zaur Paşayev (8 xal, 13 rebaund) fərqlənmişlər.

Avropa İnkişaf Kubokunun finalına yüksəlmək üçün, komandamız növbəti oyunda meydan sahibi Andorra millisinə qalib gəlməlidir. Oyun iyunun 12-də Bakı vaxtilə saat 00:30-da başlanacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.