SİYASƏT
MİNAYA DÜŞƏRƏK HƏLAK OLMUŞ ƏSGƏRİMİZ AZƏRBAYCANA QAYTARILMIŞDIR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a demişlər ki, fevralın 26-da “N” saylı hərbi hissənin giziri Rəşad Səmədulla oğlu Əhmədov silahsız azaraq düşmən sahəsində minaya düşmüş və həlak olmuşdur. Onu düşmən tərəfi götürsə də, aparılan danışıqlar nəticəsində meyit martın 2-də Azərbaycan tərəfinə qaytarılmışdır.
1982-ci il yanvarın 18-də anadan olmuş Rəşad Əhmədov 2002-ci il fevralın 2-də Cəlilabad rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. O, həmin ilin iyulunda Silahlı Qüvvələrimizin təlim-tədris mərkəzinin gizirlər kursunu bitirmişdir.