İQTİSADİYYAT


MİNGƏÇEVİRDƏ XOCALI FACİƏSİ İLƏ BAĞLI SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, Mingəçevirin 20 Yanvar prospektindəki Şəhidlər xiyabanında ucaldılmış abidə kompleksi qarşısında Xocalı soyqırımının 14-cü ildönümü münasibətilə ümumşəhər mitinqi keçirilmişdir. Şəhidlərin ruhuna Quran oxunmuşdur.

Mitinqdə çıxış edənlər bu qanlı qırğını törədənləri lənətləmiş, yalnız ümummilli liderimiz Heydər Əliyevin səyləri sayəsində Xocalı faciəsinə hüquqi-siyasi qiymət verildiyini vurğulamış, Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl səyi ilə Dağlıq Qarabağ probleminin bu il öz ədalətli həllini tapacağına inandıqlarını, ölkəmizin rəhbərinin daxili və xarici siyasətini bundan sonra da qətiyyətlə müdafiə edəcəklərini bildirmişlər. Qeyd edilmişdir ki, bu qanlı hadisə ilə əlaqədar hazırlanmış tədbirlər planına əsasən, şəhərin bütün ümumtəhsil məktəblərində, elm və mədəniyyət müəssisələrində soyqırımına həsr olunmuş siyasi dərslər, ədəbi-bədii gecələr, foto-rəsm sərgiləri, inşa müsabiqələri, xatirə guşələri təşkil edilmiş, o müdhiş gecənin canlı şahidləri ilə görüşlər keçirilmişdir.

Şəhər ictimaiyyətinin, dövlət və ictimai təşkilatların nümayəndələri şəhərdə müvəqqəti məskunlaşmış 100-dən çox Xocalı ailəsinin üzvləri ilə görüşmüş, faciə ilə bağlı başsağlığı vermiş, şəhidlərin xatirəsinin həmişə əziz tutulacağını bildirmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.