İQTİSADİYYAT


MİNGƏÇEVİRDƏ YENİ SU KƏMƏRİ İSTİFADƏYƏ VERİLMİŞDİR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Mingəçevirdə 3,1 kilometr uzunluğunda yeni su kəməri istifadəyə verilmişdir.

Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər son illər şəhərin xeyli genişlənməsini, yeni istehsal sahələrinin yaradılmasını, əhalinin sayının artmasını söyləmiş və buna görə də 25-30 il əvvəl inşa edilmiş su qurğularının hazırkı tələbata cavab vermədiyini, nəticədə ciddi çətinliklərin yarandığını bildirərək, respublika hökumətinin bu problemin həllinə yardımçı olduğunu razılıq hissilə vurğulamışlar.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş bu layihənin həyata keçirilməsi üçün respublika büdcəsindən 1 milyard 500 milyon manat vəsait xərclənmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.