İQTİSADİYYAT
MİNGƏÇEVİRİN SOSİAL-İQTİSADİ İNKİŞAF PROQRAMI HAZIRLANMIŞDIR
Mingəçevir şəhər icra hakimiyyətində “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Azərbaycan Prezidentinin Fərmanından irəli gələn vəzifələrə həsr olunmuş toplantıda şəhərin sosial-iqtisadi vəziyyəti geniş təhlil olunmuşdur. Qeyd edilmişdir ki, son vaxtlar görülən tədbirlər nəticəsində uzun illərdən bəri fəaliyyətini dayandırmış “Azyolmaş”, “Şüşə lifi”, “Azərkabel” zavodlarında istehsal prosesi bərpa edilmiş, təkcə bu 3 müəssisədə işləyənlərin sayı 500 nəfəri ötmüşdür. Şəhər kənarında məcburi köçkünlər üçün 412 ailəlik şəhərciyin inşasına yüzdən çox işçi cəlb edilmişdir. Hərbi xidmət keçmiş 88 gənc işlə təmin olunmuşdur. Şəhərdə meyvə-tərəvəz şirələri istehsal edən müəssisə, ət-süd məhsulları kombinatı, dəyirmanlar işə salınmışdır. Poçt-rabitə sisteminin müasir beynəlxalq tələblər səviyyəsində yenidən qurulması başa çatdırılmışdır. Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı “Kür” mehmanxanası, Olimpiya avarçəkmə bazası, Gənclik turizm mərkəzi, 62 nömrəli tikinti idarəsi və dəmir-beton məmulatları zavodunun yataqxanalarında əsaslı təmir işləri görülmüşdür. Abadlıq, yaşıllaşdırma tədbirləri geniş vüsət almışdır.
Özünütənqid və prinsipiallıq şəraitində keçən toplantıda şəhərin bir sıra sənaye müəssisələrində, xüsusən Texniki rezin, Azərizolit, Regenat, Dəmir-beton məmulatları zavodlarında, Toxuculuq kombinatlarında istehsalın səviyyəsinin, buraxılan məhsulun keftyyətinin aşağı olması, əmək haqqının ödənişindəki mövcud problemlərin ciddi narahatlıq doğurduğu bildirilmişdir. Şəhər elektrik şəbəkəsinin, qaz istismar idarəsinin, mərkəzi xəstəxanasının, təhsil şöbəsinin qışa hazırlığında ciddi qüsurlar olduğu qeyd edilmişdir.
Məruzə və çıxlşlarda əmək və icra intizamının, tapşırılan işə məsuliyyət hissinin gücləndirilməsinin zəruriliyi vurğulanmışdır.