MİNGƏÇEVİR 55 YAŞINI BAYRAM EDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Mingəçevirin 55 yaşına həsr olunmuş mahnı festivalı, gənc şairlərin şer müsabiqəsi, uşaq və məktəblilərin əl işlərinin sərgisi keçirilmişdir. Yüksək əhval- ruhiyyə ilə başa catan tədbirlərdə fərqlənənlər təhsil, mədəniyyət şöbələrinin, Yazıçılar Birliyi Mingəçevir filialının fəxri fərmanları, xatirə hədiyyələri ilə mükafatlandırılmışdır.
Əlamətdar gün münasibətilə avarçəkənlərin Kür çayında nümunəvi çıxışları da təşkil olunmuşdur.