“MİNGƏÇEVİR RET” MMC ÜZRƏ 58 MİNDƏN ÇOX SAYĞAC QURAŞDIRILMIŞDIR
AzerTAg.az
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Mingəçevir, Bərdə, Yevlax, Ağdaş və Tərtər paylayıcı elektrik şəbəkələrini birləşdirən “Mingəçevir Regional Enerji Təchizatı” (RET) Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) energetikləri xidmət göstərdikləri ərazidə indiyədək 58 mindən çox sayğac quraşdırmışlar. Energetiklər bölgədə sayğaclaşdırma proqramının vaxtında yerinə yetirilməsi üçün hər gün 400-500 sayğac quraşdırırlar.
MMC-nin satış şöbəsinin rəisi Vaqif Abdullayev bildirmişdir ki, qurumun əhatə etdiyi ərazidə enerji haqqının yığılması da sürətlə davam etdirilir. Sayğaclaşdırmanın sürətlə aparılması enerji haqqının yığılmasına müsbət təsir göstərir. Belə ki, 2006-cı ilin dekabrında istehlaka yönəldilən elektrik enerjisinin haqqı 86,1 faiz ödənilmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var