SİYASƏT


MİNSK QRUPUNUN RUSİYALI HƏMSƏDRİ BAKIYA GƏLİR

Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev AZƏRTAC-ın Moskvadakı müxbirinə məxsusi müsahibəsində bildirmişdir ki, Rusiya Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasına dair özünün vasitəçilik missiyasını fəallaşdırmaq niyyətindədir. Nazirin sözlərinə görə, Rusiya Federasiyasının xarici işlər naziri İqor İvanovla görüş zamanı bu mövzu geniş müzakirə edilmişdir. İ.İvanov ümidvar olduğunu bildirmişdir ki, problemi beynəlxalq hüquq çərçivəsində birgə səylərlə həll etmək mümkün olacaqdır. Bununla əlaqədar, RF xarici işlər nazirinin müavini, ATƏT-in Minsk qrupunun həmsədri Vyaçeslav Trubnikov Dağlıq Qarabağ problemi ilə bağlı məsələni müzakirə etmək üçün noyabrın 26-da Bakıya gələcəkdir. V.Quliyev demişdir ki, tərəflər problemi ədalətlə nizama salmaq üçün mövqelərini növbəti dəfə uzlaşdıracaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.