Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

«MİQRASİYA PROSESLƏRİNİN İDARƏ OLUNMASINDA «BİR PƏNCƏRƏ» PRİNSİPİNİN TƏTBİQİ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ VƏ «AZƏRBAYCAN RESPUBLİKASINDA DAİMİ YAŞAYAN ƏCNƏBİNİN VƏ YA VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSİN QEYDİYYAT VƏSİQƏSİNİN FORMASININ TƏSDİQ EDİLMƏSİ BARƏDƏ» AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN QÜVVƏDƏN DÜŞMÜŞ HESAB EDİLMƏSİ HAQQINDA» AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

«Miqrasiya proseslərinin idarə olunmasında «bir pəncərə» prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və «Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin formasının təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının «Miqrasiya proseslərinin idarə olunmasında «bir pəncərə» prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və «Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin formasının təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa və bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna və bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində «Miqrasiya proseslərinin idarə olunmasında «bir pəncərə» prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və «Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin formasının təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunundan və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1 «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində və yeddinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;

2.2. Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli qərarı ilə təsdiq edilmiş «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə»nin 19-cu bəndinin ikinci abzasında, 28-1-ci bəndində və 29-cu bəndinin birinci abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir.

3. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 iyun tarixli 493 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №2, maddə 89) 2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

«2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikası vətəndaşlarının, 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərin və onların «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarının və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir;

2.2. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin 4-cü bəndində, 7-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;

2.3. həmin Qanunun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər;

2.4. həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər;

2.5. həmin Qanunun 9-cu maddəsinin ikinci hissəsində və 10-cu maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti orqanları yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata keçirirlər;».

4. «Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında» Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 684 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №3, maddə 168; 2002-ci il, №8, maddə 478; 2006-cı il, №12, maddə 1034; 2008-ci il, №8, maddə 713) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

4.1. Fərmanın adında, preambulasında, 1-ci bəndinin ikinci, beşinci və yeddinci abzaslarında, 2-ci bəndinin ikinci-altıncı abzaslarında «şəxslərin və» sözlərindən sonra «Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən» sözləri əlavə edilsin;

4.2. 2-ci bəndin ikinci abzasında «2-ci bəndinin birinci abzasında» sözləri «1-ci bəndində, 2-ci bəndinin yeddinci abzasında» sözləri ilə əvəz edilsin;

4.3. 2-ci bəndin yeddinci abzasından «34-cü bəndinin «b» və «c» yarımbəndlərində,» sözləri çıxarılsın.

5. «İmmiqrasiya haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 114 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №3, maddə 166; 2008-ci il, №3, maddə 168, №8, maddə 713) 2-ci bəndinə aşağıdakı əlavə və dəyişikliklər edilsin:

5.1. ikinci abzasa «ikinci hissəsində» sözlərindən sonra «və 10-cu maddəsinin beşinci hissəsinin üçüncü cümləsində» sözləri əlavə edilsin;

5.2. üçüncü abzasdan «10-cu maddəsinin beşinci hissəsinin ikinci cümləsində,» sözləri çıxarılsın;

5.3. beşinci abzasa «birinci cümləsində,» sözlərindən sonra «12-ci maddəsində» sözləri əlavə edilsin;

5.4. altıncı və yeddinci abzaslar çıxarılsın.

6. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №9, maddə 539; 2006-cı il, №2, maddə 82; 2008-ci il, №3, maddə 168, №8, maddə 713) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə»nin 2-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

6.1. səkkizinci abzas aşağıdakı redaksiyada verilsin:

«Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti;».

6.2. doqquzuncu abzas çıxarılsın.

7. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 244 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №1, maddə 23; 2003-cü il, №9, maddə 484; 2008-ci il, №8, maddə 713) 2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

«2. Müəyyən edilsin ki:

2.1. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə»nin 1-ci bəndinin üçüncü abzasında, 23-1-ci və 23-2-ci bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;

2.2. həmin Əsasnamənin 2-ci bəndinin birinci abzasında, 3-cü bəndinin birinci abzasında, 4-cü, 5-ci və 6-cı bəndlərində, 9-cu bəndinin birinci abzasında, 11-ci bəndində, 12-ci bəndinin birinci abzasında, 13-cü, 14-cü, 16-cı və 18-ci bəndlərində, 20-ci bəndinin birinci abzasında, 21-ci, 22-ci və 23-cü bəndlərində, eləcə də həmin Əsasnaməyə 1-4 və 6 saylı Əlavələrdə nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;

2.3. həmin Əsasnamənin 10-cu bəndinin birinci abzasında və «a», «e» yarımbəndlərində, habelə 24-cü bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.4. həmin Əsasnamənin 10-cu bəndinin «b» yarımbəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.5. həmin Əsasnamənin 10-cu bəndinin «q» yarımbəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.».

8. «Əmək miqrasiyası haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 250 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №1, maddə 29; 2004-cü il, №1, maddə 19; 2008-ci il, №3, maddə 168, №6, maddə 482, №9, maddə 798) 2-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

8.1. dördüncü abzasdan «6-cı maddəsinin ikinci hissəsində,» sözləri çıxarılsın;

8.2. beşinci abzas aşağıdakı redaksiyada verilsin:

«həmin Qanunun 6-cı maddəsinin ikinci hissəsində və 8-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir; ».

9. «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, III kitab, maddə 612; 2001-ci il, №7, maddə 462, №10, maddə 640, №12, maddə 755; 2002-ci il, №1, maddə 49, №5, maddələr 260, 275, №8, maddələr 478, 484, 486; 2003-cü il, №6, maddə 299, №8, maddə 434, №9, maddə 478, №10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü il, №1, maddələr 19, 26, №3, maddələr 138, 141, №4, maddə 235, №5, maddələr 340, 341, 343, 345, 346, №8, maddələr 607, 608, №11, maddə 909, №12, maddə 1005; 2005-ci il, №2, maddələr 67, 69, №4, maddələr 299, 303, №8, maddə 702, №9, maddələr 801, 802, №12, maddə 1101; 2006-cı il, №2, maddə 83, №4, maddələr 321, 322, №5, maddə 407, №7, maddə 590, №8, maddələr 662, 663, 674, 675, 679, №9, maddə 743, №11, maddələr 942, 945; 2007-ci il, №1, maddə 11, №2, maddə 87, №3, maddə 230, № 7, maddə 715, № 8, maddələr 767, 769, №11, maddələr 1110, 1116, 1120, №12, maddə 1227; 2008-ci il, №1, maddə 7, №3, maddə 186, №6, maddələr 504, 507, №7, maddə 617, №8, maddə 713, №9, maddə 798, №10, maddə 894, №11, maddələr 969, 971, 980, №12, maddələr 1060, 1061, 1062, 1065; 2009-cu il, №3, maddə 163, №4, maddə 226; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 29 may tarixli 98 nömrəli Fərmanı) Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 28 oktyabr tarixli 4 nömrəli Fərmanı ilə əlavə edilmiş 3.54-cü bənddə «Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (pasport və Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinə aid hissədə)» sözlərindən sonra «,Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılmasına dair qərar və Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərə aid hissədə)» sözləri əlavə edilsin.

10. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 773 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №8, maddə 493; 2008-ci il, №3, maddə 168; 2009-cu il, №1, maddə 11; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 29 may tarixli 99 nömrəli Fərmanı) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasına immiqrasiya haqqında vəsatətə baxılması Qaydaları»nda aşağıdakı dəyişikliklər edilsin:

10.1. 6-cı bənddə «iki» sözü «bir» sözü ilə əvəz edilsin;

10.2. 9-cu bənddə «6 ay» sözləri «iki ay» sözləri ilə əvəz edilsin;

10.3. 12-ci bənd aşağıdakı redaksiyada verilsin:

«12. Əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə immiqrant statusu verilərkən, onlar eyni zamanda Dövlət Miqrasiya Xidməti tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınırlar. Bu məqsədlə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə» ilə müəyyən edilmiş sənədləri Dövlət Miqrasiya Xidmətinə təqdim etməlidirlər. Şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması haqqında məlumat ona verilmiş daimi yaşamaq üçün icazə vəsiqəsində öz əksini tapır.»;

10.4. 13-cü bənd və Əlavə 2 «Daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsi verilməsi haqqında Ərizə-Anket» çıxarılsın.

11. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №1, maddə 22; 2005-ci il, №10, maddə 910; 2008-ci il, №11, maddə 970; 2009-cu il, №2, maddə 59) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı məzmunda 8.14-1-ci bənd əlavə edilsin:

«8.14-1. Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin qeydiyyatını aparır;».

12. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 aprel tarixli 53 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 233; 2008-ci il, №3, maddə 168) 2.7.1-ci bəndində «24-27-ci bəndlərdə» sözləri «25-ci, 27-ci bəndlərdə» sözləri ilə əvəz edilsin;

13. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №3, maddə 239; 2008-ci il, №1, maddə 4, №3, maddə 168, №8, maddə 722, №11, maddə 970; 2009-cu il, №1, maddə 11, №4, maddə 221) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə»yə aşağıdakı əlavələr edilsin:

13.1. aşağıdakı məzmunda 8.3-2-ci, 9.7-1-ci, 9.11-1-ci, 9.21-1-ci, 9.21-2-ci bəndlər əlavə edilsin:

«8.3-2. miqrasiya proseslərinin idarəolunmasında «bir pəncərə» prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirir;

9.7-1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yaşayış yeri üzrə qeydiyyata almaq və onlara müvafiq vəsiqələrin verilməsini təmin etmək;

9.11-1. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin verilməsini «bir pəncərə» prinsipi əsasında təşkil etmək;

9.21-1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi vasitəsilə Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunu aparmaq;

9.21-2. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilmiş icazələr və həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması haqqında məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə təqdim etmək;»;

13.2. 9.16-cı bənddə «məlumatları» sözündən sonra «Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi vasitəsilə» sözləri əlavə edilsin.

14. «Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli, 560 nömrəli Fərmanının icrası ilə bağlı əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 16 yanvar tarixli 700 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №1, maddə 4) 2-ci bəndi çıxarılsın.

15. «Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 719 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 168) II hissəsinin 2-ci bəndi çıxarılsın.

16. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №4, maddə 258, №12, maddə 1058; 2009-cu il, №2, maddə75) ilə təsdiq edilmiş «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə»yə aşağıdakı əlavə və dəyişiklik edilsin:

16.1. aşağıdakı məzmunda 10.2.1.4-cü bənd əlavə edilsin:

«10.2.1.4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilmiş icazələr və həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması haqqında;»;

16.2. 10.2.2.4-cü bənd çıxarılsın.

17. «Miqrasiya idarəetmə sisteminin inkişafı və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 658-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 avqust tarixli 805 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №8, maddə 713) aşağıdakı dəyişikliklər edilsin:

17.1. 5.3-cü və 5.7-ci bəndlər çıxarılsın;

17.2. 5.6.2-ci bənddə «ikinci» sözü «üçüncü» sözü ilə, «Azərbaycan Respublikasının Nazirlər Kabineti» sözləri «Azərbaycan Respublikasının Prezidenti» sözləri ilə əvəz edilsin;

17.3. 5.6.3-cü bənddə «12-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində» sözləri «12-ci maddəsində» sözləri ilə, «Daxili İşlər Nazirliyi» sözləri «Dövlət Miqrasiya Xidməti» sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyul 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin