REGİONLAR


“MİRAS” İctimai Birliyi 2019-cu ili "Tərəkəmə ili" elan edib

Ağsu, 7 yanvar, AZƏRTAC 

“MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi fəaliyyətinin onuncu ilini - 2019-cu ili "Tərəkəmə ili" elan edib.

İctimai Birliyin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, il ərzində qışlaqlara və yaylaqlara turların təşkil edilməsi, “Tərəkəmə çərşənbəsi” Beynəlxalq folklor festivalı, tərəkəmələrin yurd görüşü, Tərəkəmə marafonu, Tərəkəmə oyunları festivalı və digər tədbirlərin keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, İctimai Birlik Tərəkəmə həyat tərzinin öyrənilməsi, mühafizəsi və təbliği istiqamətində xeyli iş görüb. Türk mədəniyyəti ilə sıx bağlı olan tərəkəmələrin həyat tərzinin təbliği məqsədilə "Tərəkəmə çərşənbəsi" filmi (2011) çəkilib, “Tərəkəmə çərşənbəsi” Beynəlxalq folklor festivalı (2015, 2016, 2018) və tərəkəmələrin yurd görüşü (2017) keçirilib, Ağsuda Tərəkəmə Folkloru Araşdırma və Təbliğat Qrupu (2017) yaradılıb, “Ağsu rayonunun Gəgəli kəndində Tərəkəmə folkloru” kitab-kataloqu (2017) və "Ağsuda Tərəkəmə obaları: axtaçılar, padarlar, kəngərlilər və qaraqoyunlular" monoqrafiyası (2018) nəşr olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.