İQTİSADİYYAT
MİR CƏLAL PAŞAYEV ADINA YENİ GƏMİ SUYA BURAXILMIŞDIR
İyunun 24-də Volqoqrad gəmiqayırma zavodunda “PALMALİ” Şirkətlər Qrupuna məxsus sayca altıncı quru yük gəmisinin suya buraxılması münasibətilə mərasim keçiriləcəkdir. Gəmi əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor, yazıçı Mir Cəlal Paşayevin adını daşıyacaqdır.
PALMALİ Şirkətlər Qrupundan AZƏRTAC-a daxil olan məlumata görə, yeni gəmi Ukraynanın Odessa şəhərindəki Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında inşa edilmişdir.
Su tutumu 6970 ton olan gəminin uzunluğu 139,6 metr, eni 16,5 metr, göyərtəsinin hündürlüyü 6 metr, su altında qalan hissəsi 4,6 metrdir. O, Valetta şəhərinə təhkim olunmuşdur və Maltanın dövlət bayrağı altında üzəcəkdir. Qara və Aralıq dənizlərində, Atlantik okeanı sularında daşımalar həyata keçirəcək gəminin kapitanı Oqtay Qəniyevdir. Heyət isə 12 nəfərdən ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:03]
“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]