MİSİRDƏ ARXEOLOGİYA TARİXİNDƏ İLK DƏFƏ OLARAQ FİRONUN ƏLLƏ ÇƏKİLMİŞ RƏSMİ TAPILMIŞDIR

AZƏRTAC xəbər verir ki, bu məlumatı Qahirədə çıxan “Əl-Əhram” qəzeti yaymışdır. İspaniya arxeoloqları Luksor şəhəri yaxınlığında fironun naməlum rəssam tərəfindən çəkilmiş rəsmini tapmışlar. Fironun ön tərəfdən üzünü əks etdirən portret 50x31 santimetr ölçüdə taxta lövhəcik üzərində iti əşya ilə nəqş edilmişdir.

Bu vaxta qədər alimlər Qədim Misir hökmdarlarının heykəllərini və onların yan tərəfdən surətləri əks olunmuş barelyeflərini tapırdılar.

Misirşünasların rəyincə, taxta lövhə üzərindəki portretdə 18-ci sülalənin fironu - III Tutmos (e.ə. 1504-1450-ci illər), yaxud onun anası Xatşepsut təsvir edilmiş və heykəl hazırlanan zaman bundan eskiz kimi istifadə olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.