İQTİSADİYYAT


MİSİRDƏ AZƏRBAYCANLILARIN SOYQIRIMI İLƏ BAĞLI TƏDBİR KEÇİRİLMİŞDİR

Azərbaycanın Misirdəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar bu ölkədə yaşayan soydaşlarımızın, Afroasiya Yazıçılar İttifaqı üzvlərinin, yerli KİV nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir.

Əvvəlcə, “Azərbaycanlıların soyqırımı, türkün sözü” filmi nümayiş etdirilmişdir. Səfir Faiq Bağırov Prezident İlham Əliyevin azərbaycanlıların soyqırımı ilə əlaqədar müraciətini oxumuşdur.

Tədbir iştirakçılarına ermənilərin tarix boyu azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı və deportasiya siyasəti barədə məlumat verilmişdir. Bildirilmişdir ki, xaricdəki erməni diasporu və böyük dövlətlərdəki erməni lobbisinin köməyi ilə həqiqətlər gizlədilmişdir. Azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasətinin tarixi böyük olsa da, bu barədə həqiqətlər ümummilli liderimiz Heydər Əliyevin əməyi sayəsində dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır.

Səfir Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, ermənilərin zaman-zaman azərbaycanlıların başına gətirdiyi vəhşiliklərə siyasi-hüquqi qiymət verilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasətdən danışmışdır.

Səfirlik bundan əlavə, azərbaycanlıların soyqırımı günü ilə əlaqədar hazırlanmış məlumatları və “Azərbaycanlıların soyqırımı, türkün sözü” filminin nüsxələrini Misirin Xarici İşlər Nazirliyinə, Ərəb Ölkələri Liqasının Katibliyinə, ölkədə akkreditə olunmuş səfirliklərə, beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərmişdir. Səfirliyin internet səhifəsində soyqırımı ilə bağlı məlumatlar yerləşdirilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.