DÜNYA
MİSİR ALİMLƏRİ “ELEKTRİK KÖRPƏ”NİN DÜNYAYA GƏLMƏSİ KİMİ NADİR HADİSƏNİ ÖYRƏNİRLƏR
Misirin səhiyyə naziri bu fenomeni öyrənmək üçün körpəni Heluan şəhərindəki tibbi araşdırmalar mərkəzində yerləşdirmək barədə sərəncam vermişdir.
Mütəxəssislərin gəldiyi ilkin nəticə belədir: zavallı uşaq öz atasının cib telefonunun qurbanı oımuşdur. Sən demə, o, “mobil telefonunu” körpənin çarpayısının yanına qoyurmuş, aparatın güclü elektromaqnit şüası da, çox güman ki, körpənin canına hopmuşdur.
Həkimlər bunda Məhəmmədin orqanizminin fərdi xüsusiyyətlərinin də az rol oynamadığına əmindirlər. Məsələn, Britaniya alimləri hesab edirlər ki, mobil telefonların elektromaqnit sahəsi buna genetik cəhətdən həssas olan orqanizmlərə təsir göstərir. Bu da məlumdur ki, uşaqlar cib telefonlarının yaydığı şüanın təsirinə daha çox məruz qalırlar, çünki böyüklərlə müqayisədə onların kəllə sümüyü daha nazik və həssasdır.