İDMAN


MLS-də üç futbolçunun koronavirus testinin nəticəsi müsbət çıxıb

Bakı, 22 iyun, AZƏRTAC

ABŞ-ın futbol üzrə yüksək liqasında (MLS) mübarizə aparan klubların kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.

AZƏRTAC xəbər verir ki, testlərdən üçünün nəticəsi müsbət çıxıb. Belə ki, “Atlanta United”də iki, “İnter Miami”də isə bir futbolçunun analizi müsbət nəticə verib. Bu barədə sözügedən klubların rəsmi saytı məlumat yayıb.

Koronavirus aşkarlanan futbolçuların hər biri karantinə alınıb. Onlarda pandemiyanın hansısa simptomlarına rast gəlinmədiyi bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.