DÜNYA
M.MAQOMAYEV: HEYDƏR ƏLİYEVİN VƏFATI MƏNİM ÜÇÜN ƏN DOĞMA ADAMIN İTKİSİDİR
Müğənni demişdir: “Hələ bir ay əvvəl xəbər tutdum ki, kədərli sonluq qaçılmazdır. Buna baxmayaraq, çox ümid edirdim ki, bu, belə tez olmayacaqdır”. Onun sözlərinə görə, Heydər Əliyev ona ata əvəzi olmuş, həmişə və hər işdə çox böyük mənəvi dəstək göstərmişdir. Həmyerlimiz demişdir: “Bilmirəm, mən niyə onun xoşuna gəlirdim. Axı, xasiyyətim ağırdır. Amma Heydər Əlirza oğlu məni daim fərqləndirir, dostu adlandırırdı və hər il öz iqamətgahında doğum günümü qeyd edirdi”. Maqomayev etiraf etmişdir ki, həyatda bəxti gətirmişdir, çünki Azərbaycan Prezidentini yaxından tanıyırdı. O, dünya miqyaslı siyasətçi olsa da, şən, xoştəbiət, səmimi insan olaraq qalırdı.
Boyakarlıqla çoxdan və uğurla məşğul olan müğənni demişdir: “Bir dəfə hədiyyə verdiyim portretində onu məhz belə təsvir etməyə çalışmışam. Deyəsən, əsərim xoşuna gəldi, söz verdi ki, bu rəsmi öz muzeyindən asacaqdır”.