İDMAN


MMA döyüşçümüz Nəriman Abbasov Moskvada növbəti sınağına çıxacaq

Bakı, 19 oktyabr, AZƏRTAC

Azərbaycanın və “Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti sınağına çıxacaq.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz Moskvada təşkil olunacaq “Fight Night Global 90” çərçivəsində qüvvəsini sınayacaq. Yüngül çəkidə mübarizə aparan 24 yaşlı N.Abbasov Rusiyanı təmsil edən Mixail Qoqitidze ilə üz-üzə gələcək. İdmançılar turnirdən bir gün öncə rəsmi çəki mərasimində iştirak ediblər.

Bu gün keçiriləcək qarşılaşma “MOİK Arena”da baş tutacaq. Moskvadakı görüş hesabında 22 qələbəsi olan Nərimanın 26-cı döyüşü olacaq. Onun rəqibi isə 15-ci sınağına çıxacaq. Qoqitidze bu döyüşlərdən 9-da qələbə qazanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.