ELM VƏ TƏHSİL


M.Məmməd-Quliyev: Azərbaycan Aİ ilə təhsil sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədir

Batumi, 12 iyul, AZƏRTAC

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə təhsil sahəsində əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlıdır. Bunun üçün müəyyən işlər görülür, danışıqlar aparılır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev jurnalistlərə müsahibəsində söyləyib.

M.Məmməd-Quliyev deyib: “Bu gün Tbilisidə Avropa İttifaqının dəstəyi ilə Avropa Məktəbi fəaliyyət göstərir. Keyfiyyətli təhsil verilən həmin məktəbdə Azərbaycandan olan bir neçə şagird də təhsil alır. Biz Avropa məktəbində təhsil alan azərbaycanlı gənclərin sayının artırılmasını təklif etmişik".

Onun sözlərinə görə, həmin məktəbdə Azərbaycan vətəndaşı olan gənclərlə yanaşı, Gürcüstanda yaşayan azərbaycanlı gənclər də təhsilə cəlb oluna bilərlər”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Batumi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.