SİYASƏT


MN: Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə yaydığı məlumatlar yanlışdır və ictimai fikri yayındırmaq məqsədi daşıyır

MN: Düşmənin Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə yaydığı məlumatlar yanlışdır və ictimai fikri yayındırmaq məqsədi daşıyır

Bakı, 13 iyul, AZƏRTAC

Ermənistan kütləvi informasiya vasitələrində (KİV) düşmən ölkənin hərbi bölmələrinin guya Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə yayılan məlumatlar yanlışdır və ictimai fikri yayındırmaq məqsədi daşıyır.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məsələ ilə əlaqədar AZƏRTAC-ın sorğusunu cavablandırarkən deyib.

V.Dərgahlı bildirib: “Dezinformasiya ilə birlikdə yayılan fotonun üzərində onun 2018-ci il aprelin 12-də çəkildiyi qeyd olunub. Təkcə bu fakt məlumatın yanlış olduğunu sübut edir. Bir daha xalqımızdan, o cümlədən kütləvi informasiya vasitələrindən və sosial şəbəkə istifadəçilərindən ancaq Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etmələrini xahiş edirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.