SİYASƏT


MN: Rusiya sülhməramlılarını yaşayış məntəqələrimizi düzgün toponimlərlə ifadə etməyə çağırırıq

MN: Rusiya sülhməramlılarını yaşayış məntəqələrimizi düzgün toponimlərlə ifadə etməyə çağırırıq

Bakı, 2 dekabr, AZƏRTAC

Bir daha təəssüflə bildiririk ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adları hələ də uydurma erməni toponimləri ilə qeyd olunmaqdadır.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuata açıqlamasında qeyd edilib.

“Bu yanlış ifadələrin istifadə olunmaması ilə bağlı tərəfimizdən dəfələrlə edilən müraciətlərə etinasız yanaşılması isə ümumiyyətlə anlaşılan deyil.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir daha israrla bildirir ki, yaşayış məntəqələrimizin adlarının düzgün qeyd olunmaması, habelə "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsi YOLVERİLMƏZDİR.

Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 2022-ci il 2 dekabr tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazinin Qarabağ iqtisadi rayonu, “Mardakert” və “Martuni” kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adlarının isə müvafiq olaraq AĞDƏRƏ və XOCAVƏND olduğunu bir daha xatırladırıq.

Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə çağırırıq”, - məlumatda vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.