DÜNYA


MOBİL TELEFONUN PARTLAMASI MEHMANXANAYA 75 MİN DOLLAR ZİYAN VURMUŞDUR

AZƏRTAC Si-En-En telekanalına istinadla xəbər verir ki, ABŞ-ın Valleco şəhərində 59 yaşlı Luis Pikassonun şalvarının cibindəki mobil telefonun partlaması nəticəsində onun yaşadığı mehmanxana nömrəsində yanğın başlanmışdır. Pikassonun bədəninin yarısı güclü yanıqlara məruz qalmışdır.

Yanğınsöndürənlər gecə saatlarında hadisə yerinə gələrək zərərçəkəni vanna otağının döşəməsində huşsuz vəziyyətdə tapmışlar. Telefon alışdıqdan sonra onun sintetik geyimini dərhal sıradan çıxarmış, daha sonra plastik stula keçmişdir. Yanğın siqnalı və suçiləyən işə düşmüşdür.

Alov və su mehmanxanaya 75 min dollar məbləğində ziyan vurmuşdur.

Şəhərin rəhbərliyi telefonun modelini və istehsalçının adını açıqlamaqdan imtina etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.