İDMAN


MOİK (Rusiya) “Yuventus”un Aleksandr Qolovin üçün 17 milyon avroluq ilk təklifini rədd edib

Bakı, 19 iyun, AZƏRTAC

Rusiyanın Mərkəzi Ordu İdman Klubu (MOİK) yarımmüdafiəçisi Aleksandr Qolovin üçün İtaliyanın “Yuventus” klubunun ilkin təklifini rədd edib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, “Yuventus” klubunun ilkin təklifi 17 milyon avro məbləğində olub. MOİK isə futbolçunun keçidi üçün 25 milyon avrodan aşağı məbləğə razı olmayacağını bildirib. “Yuventus” həftənin sonunda qiyməti 18 milyon avroya qaldırmaq niyyətindədir.

Aleksandr Qolovin 2015-ci ildən MOİK-in şərəfini qoruyur. Keçən mövsüm Rusiya çempionatının ən yaxşı gənc oyunçusu seçilən 22 yaşlı A.Qolovin MOİK-in heyətində 43 oyunda 7 qol vurub və 6 məhsuldar ötürmə verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.