İDMAN


MOİK-in idmançısı hərbçilər arasında güləş üzrə dünya çempionatında Azərbaycanın ilk qızıl medalını qazanıb

Bakı, 17 may, AZƏRTAC 

Moskvada keçirilən hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının üçüncü günündə - mayın 17-də Azərbaycanın Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandası ilk qızıl medalı qazanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, çempionatda qadınlar arasında 65 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Ceyla Nağızadə ardıcıl olaraq Monqolustan və Qazaxıstan idmançılarına qalib gələrək dünya çempionu adına layiq görülüb. İdmançımız bu qələbə sayəsində 33-cü dünya çempionatında Azərbaycan komandasının aktivinə ilk qızıl medalı yazdırıb.

Yunan-Roma güləşi yarışlarında 60 kiloqram çəki dərəcəsində xalça üzərinə çıxan idmançımız Murad Məmmədov əvvəlcə macarıstanlı B.Kovaça, sonra isə Ermənistan təmsilçisi A.Manuçaryana qalib gələrək finala yüksəlib.

Digər təmsilçimiz Ülvi Qənizadə (72 kq) Qazaxıstan idmançısı İbrahim Maqomedovu və Ermənistan güləşçisi Armen Hakopyanı məğlub edərək finala vəsiqə qazanıb.

Hər iki güləşçimizin final qarşılaşmaları mayın 18-də keçiriləcək.

Xatırladaq ki, hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatı Rusiya Federasiyası Mərkəzi Ordu İdman Klubunun idman zalında keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.