İDMAN


MOKA prezidentinin seçkiləri qeyri-müəyyən müddətə təxirə salınıb

Bakı, 28 noyabr, AZƏRTAC

Milli Olimpiya Komitələri Assosiasiyası (MOKA) təşkilatın prezidenti Əhməd əl-Fahad əl-Sabahın öz səlahiyyətlərindən imtina etməsi nəticəsində yaranmış vəziyyətlə bağlı yeni prezidentin seçkilərini təxirə salmaq barədə qərar qəbul edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, MOKA-nın bu qərarı təşkilatın Tokioda keçirilən Baş Assambleyasında qəbul olunub.

İclasın gedişində bir sıra ölkələrin nümayəndələri şeyxə tam dəstəyini ifadə ediblər və onun yenidən seçilməsi tələbini irəli sürüblər. Buna baxmayaraq, seçki komissiyası seçkiləri təxirə salıb və İsveçrədə məhkəmə prosesində iştirak edən əl-Sabahın da eyni fikirdə olduğunu diqqətə çatdırıb. Şeyx, öz növbəsində, vəzifədən daha güclü qayıtması üçün getdiyini və fəaliyyəti dövründə təkbaşına deyil, icraiyyə komitəsi üzvləri ilə birlikdə qərarlar qəbul etdiyini söyləyib. O əlavə edib: ”İcazənizlə mən müvəqqəti olaraq öz vəzifəmi tərk etmək istəyirəm, lakin sizinlə yenidən görüşəcəyəm”.

Bununla yanaşı, iclasda MOKA-nın yeni vitse-prezidenti vəzifəsinə Okeaniya Ölkələri Olimpiya Komitələri Assosiasiyasının prezidenti Robin Mitçelin namizədliyi təsdiq olunub. O, həmçinin müvəqqəti olaraq MOKA prezidentinin səlahiyyətlərini icra edəcək.

Bu ərəfədə “Inside the Games” portalı məlumat yaymışdı ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax şəxsən əl-Sabaha müraciət edərək onu istefaya çağırıb. Guya şeyx Küveyt hökumətinin məmurlarına qarşı sui-qəsd işində saxta videoçarxlar hazırlamaqda şübhəli bilinir. O, əvvəllər də bu ittihamla bağlı BOK-un komissiya üzvü vəzifəsini tərk etmiş və istintaqın sonunadək bu təşkilata üzvlüyünü dayandırmışdı.

MOKA 1979-cu ildə təsis olunub və BOK tərəfindən tanınan 206 milli olimpiya komitəsini birləşdirir. Əhməd əl-Fahad əl-Sabah bu assosiasiyaya 2012-ci ildən rəhbərlik edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.