İDMAN


MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Kamerunda idman obyektlərinə baxış keçirib

Bakı, 11 may, AZƏRTAC

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, “Kamerun–2025” İslam Həmrəyliyi Oyunlarının təftiş komissiyasının prezidenti Çingiz Hüseynzadə Kameruna səfər edib.

MOK-un mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ç.Hüseynzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Kamerun Milli Olimpiya Komitəsinin prezidenti Hamad Kalakaba, idman naziri Narcisse Mouelle Kombi, Yaunde şəhərinin meri Messi Atangana, xarici işlər nazirinin müavini Mbaya Feliks ilə görüşüb.

Görüşlərdə ölkənin beynəlxalq idman tədbirinə hazırlıq prosesi müzakirə olunub. 2025-ci ildə Kamerunun İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə əlaqədar olaraq komissiya üzvləri idman obyektlərinin vəziyyəti ilə tanış olub və yarışların baş tutacağı infrastruktur sahələrinə baxış keçiriblər.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.