İDMAN


MOK-un yaranmasının 30 illiyi ərəfəsində müasir quruluşda hazırlanmış Olimpiya Himni təqdim ediləcək VİDEO

MOK-un yaranmasının 30 illiyi ərəfəsində müasir quruluşda hazırlanmış Olimpiya Himni təqdim ediləcək VİDEO

Bakı, 4 noyabr, AZƏRTAC

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yaranmasının 30 illiyi ərəfəsində müasir quruluşda hazırlanmış Olimpiya Himni yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilk dəfə 2002-ci ildə baş prodüser Elnur Kələntərov tərəfindən MOK-un 10 illiyi münasibətilə yaradılan və bəstəkarı Eldar Mansurov olmuş himn 20 il sonra Yaşar Baxış tərəfindən müasir üslubda aranjiman edilib.

Altı ay davam edən layihədə himn Əməkdar artist Tünzalə Ağayeva, İlhamə Qasımova, Lamiyə Kərimova (Rast qrupu), Rəvanə Əmiraslanova, Zamiq Hüseynov, Ayaz Qasımov, Nadir Rüstəmli və Elnur Kələntərovun ifasında səsləndirilib. Olimpiya stadionunda tanınmış idmançıların və azarkeşlərin iştirakı ilə həyata keçirilən klip çəkilişləri artıq yekun vurulub. Ən son qrafik dizayn həlləri və müasir çəkiliş üslubları ilə hazırlanan Olimpiya Himninin klipində mötəbər idman yarışlarında parlaq qələbələri ilə üçrəngli bayrağımızın dalğalanmasına vəsilə olan idmançılarımızın arxiv kadrlarından istifadə edilib.

Olimpiya Himninin layihə rəhbəri Elnur Kələntərov, rejissoru Elvin Əhmədoğludur.

Olimpiya Himninin yeni üslubda hazırlanan musiqisi və klipi noyabrın 11-də MOK-un 30 illik yubileyinə həsr olunmuş tədbirdə təqdim ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.