MƏDƏNİYYƏT
“MOLLA NƏSRƏDDİN” JURNALINA HƏSR OLUNMUŞ SƏRGİ
Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyində “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyi ilə əlaqədar sərgi açılmışdır. Sərgidə jurnalın 1906-1926-cı illərdə işıq üzü görmüş nüsxələri, nadir fotoşəkillər nümayiş etdirilir.
Muzeyin direktoru Yaqut Mehdiyeva AZƏRTAC-ın müxbirinə demişdir ki, 1998-ci ildə ulu öndərimiz Heydər Əliyevin iştirakı və xeyir-duası ilə yaradılmış muzeydə nadir eksponatlar saxlanılır. Muzey böyük yazıçının həyatı və ədəbi fəaliyyəti barədə geniş məlumat almağa kömək edir. “Molla Nəsrəddin” jurnalının yubileyi ilə əlaqədar Babək rayonunun Nehrəm və Şərur rayonunun Cəlilkənd kəndlərində fəaliyyət göstərən Mirzə Cəlilin ev-muzeylərində də birgə elmi-nəzəri konfransların, görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]