MOSKVADA ELÇİNİN YENİ KİTABI NƏŞR EDİLMİŞDİR
AzerTAg.az
Xalq yazıçısı Elçin xarici ölkələrdə ən çox çap olunan sənətkarlardan biridir. Onun roman, povest və hekayələri, eləcə də pyesləri müxtəlif ölkələrdə nəşr edilir, tamaşaya qoyulur və geniş oxucu auditoriyalarının rəğbətini qazanır.
Bu günlərdə Moskvanın məşhur və nüfuzlu “Avvallon” nəşriyyatı Elçinin “Ölüm hökmü” adlı yeni kitabını nəfis şəkildə çapdan buraxmışdır. Kitaba yazıçının “Mahmud və Məryəm”, “Ağ dəvə” və “Ölüm hökmü” romanları daxildir.
Xatırladaq ki, bu romanlar Moskvada dəfələrlə nəşr olunmuşdur və Rusiya oxucuları onlarla yaxşı tanışdır. Lakin “Avvallon” nəşriyyatı ilk dəfə olaraq onları bir kitab halında buraxmışdır.
Nəşriyyat Elçinin romanlarını “müasir ədəbiyyatın böyük hadisələri” kimi qiymətləndirir və yeni kitabı yazıçının 60 illiyinə töhfə etmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var