SİYASƏT


MOSKVADA HƏMYERLİMİZİN XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR

Azərbaycan diasporuna ağır itki üz vermişdir. Rusiyada tanınmış ziyalımız, Moskva diaspor hərəkatının təşkilatçılarından biri, Ümumrusiya Azərbaycan Konqresi Şurasının üzvü, “Ocaq” cəmiyyətinin vitse-prezidenti, tibb elmləri doktoru, professor, Rusiya Tibb Elmləri Akademiyasının N.N.Burdenko adına Elmi Tədqiqat Neyrocərrahiyyə İnstitutunun aparıcı elmi əməkdaşı Svetlana Qasımova uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.

Moskvadakı Azərbaycan diasporu bununla əlaqədar ölkəmizin Rusiyadakı səfirliyində xatirə gecəsi keçirmişdir.

ÜAK-ın nümayəndələri, “Ocaq” cəmiyyətinin üzvləri, S.Qasımovanın həmkarları və yaxınları böyük vətənpərvər, görkəmli mütəxəssis, Rusiyada Azərbaycan həmyerlilər birliyinin yaradılması üçün var qüvvəsini əsirgəməyən, həmvətənlərinin ehtiyaclarına həmişə can yandıran bir insanın nurlu xatirəsini yad etmişlər.

“Ocaq” cəmiyyətinin prezidenti Tofiq Məlikli mərhumun həyat və fəaliyyəti barədə məlumat verərək bildirmişdir ki, S.Qasımova 1991-ci ildən başlayaraq özünü ictimai fəaliyyətə sərf etmişdir. Azərbaycan icmasında baş verən bir çox əhəmiyyətli hadisələr onun adı ilə qırılmaz şəkildə bağlıdır. T.Məlikli onun həkim və alim kimi Moskvadakı karyerasından da söhbət açmışdır. S.Qasımova N.N.Burdenko adına ETİ-nin əməkdaşı olmaqla yanaşı, Moskva Tibb Akademiyasının ixtisasartırma kafedrasında professor kimi də uğurla fəaliyyət göstərmiş və ömrünün sonunadək Məhkəmə təbabəti mərkəzində məsləhətçi işləmişdir. O, 150-dən çox elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir.

Gecədə çıxış edənlər S.Qasımova haqqında xatirələrini bölüşərək demişlər ki, o, Azərbaycan diasporunun alovlu natiqi, öz tarixi vətənini Rusiya cəmiyyətində ləyaqətlə təmsil edən ən yaxşı ziyalılarımızdan biri idi.

Allah rəhmət eləsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.