İQTİSADİYYAT


MOSKVADA MDB İQTİSADİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLƏCƏKDİR

Sentyabrın 5-də Moskvada baş nazirlərin müavinləri səviyyəsində MDB İqtisadi Şurasının 17-ci iclası keçiriləcəkdir. Gündəliyə 20 məsələ çıxarılacaqdır.

İştirakçılar Birlik üzvü olan dövlətlərin iqtisadi sahədə qarşılıqlı fəaliyyətinin inkişafı üzrə təkliflər, tarif məhdudiyyətləri və onların mərhələ-mərhələ ləğv olunması cədvəllərinin razılaşdırılması üzrə ikitərəfli danışıqların gedişini müzakirə edəcəklər.

Ekspertlər, eyni zamanda MDB hökumət başçıları şurasının dəmir yol nəqliyyatında tarif siyasətinin müəyyən olunması və birlik dövlətlərinin dəmir yollarının tarif siyasəti haqqında 1996-cı il 18 oktyabr tarixli qərarının həyata keçirilməsi gedişini də müzakirə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.