DÜNYA
MOSKVADA TERRORİZMİN MALİYYƏLƏŞDİRİLMƏSİNİN QARŞISINI ALMAĞA DAİR BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rusiyanın maliyyə naziri Aleksey Kudrin konfransda çıxış edərək, dünya ictimaiyyətini terrorizmin maliyyələşdirilməsi ilə mübarizəyə çağırmışdır. Bu mübarizədə o, cinayət yolu ilə əldə olunan gəlirlərin qanuniləşdirilməsinin və terrorizmin maliyyələşdirilməsinin qarşısını kəsən beynəlxalq təşkilatın, habelə BMT-nin, Avropa Şurasının və digər nüfuzlu beynəlxalq təşkilatların rolunu xüsusi vurğulamışdır.
Nazir bildirmişdir ki, Rusiyada terrorizmin maliyyələşdirilməsinin qarşısını almaq üçün Avrasiya regional qrupu yaradılacaqdır. Rusiya Avrasiya regionu ölkələrində terrorizmin maliyyələşdirilməsinin qarşısını almaq üçün regional kəşfiyyat qruplarının yaradılması təşəbbüsü ilə də çıxış etmişdir. Bu təşəbbüs bütün beynəlxalq təşkilatlar, o cümlədən BMT və Avropa Şurası tərəfindən dəstəklənmişdir.