SİYASƏT
MOSKVADA XƏZƏR DƏNİZİNİN HÜQUQİ STATUSU MÜZAKİRƏ EDİLİR
Rusiyanın xarici işlər naziri Sergey Lavrov müşavirəni açaraq demişdir ki, konvensiyanın hazırlanmasına dair əvvəlki danışıqlardan bəri tərəqqi əldə olunmuşdur və bu, danışıqlar prosesinin yaxın vaxtlarda uğurla başa çatdırılacağına ümid bəsləməyə əsas verir. O, ümidvar olduğunu bildirmişdir ki, hələlik qarşılıqlı anlaşma əldə edilməyən bir çox məsələləri danışıqlar prosesində konsensus əsasında aradan qaldırmaq mümkün olacaqdır.
Martın 15-də beş işçi qrupu Xəzərin hüquqi statusu haqqında konvensiya layihəsinin razılaşdırılmamış bəndlərini, bioloji ehtiyatlardan istifadə, ekologiya və balıqçılıq, sualtı boru kəmərlərinin tikintisi, habelə dənizdə təhlükəsizliyin təmin olunması məsələlərini müzakirə edəcəklər. Bundan başqa, işçi qrupunun növbəti, 21-ci müşavirəsinin tarixi və yeri də müəyyənləşdiriləcəkdir.